Ayətullah Amuli çıxışında türklər haqqında nə deyib?

Saytlar yazıb ki, Ayətullah Amuli çıxışı zamanı İmam Mehdinin türklərə qarşı müharibə edəcəyini bildirib. İsrail tərəfindən ötürülən köhnə ittihamlarla dolu yazıda, Azərbaycan şiələri də üstüörtülü şəkildə hədəfə alınıb.
Bəs Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi Ayətullah Seyid Həsən Amuli nə deyib?
İslamazeri.az "Arannews"-a istinadən Seyid Amulinin çıxışını olduğu kimi təqdim edir:
"Mən vahabiliyə 40 sual vermişəm. Cavab versələr vəhabi olaram. Bu gün pul diplomatiyası İslam əməkdaşlıq təşkilatının alnında bir ləkədir. Aşkar görürük ki, bəzi ölkələr qərb və sionist rejimin mənafeyini təmin etmək əzmindədir. Rəvayətlərə əsasən İmamzamanın zühuru çox yaxınlaşıb və həmin rəvayətlərə əsasən İlahi qeyrət İraqda Suriya və İraqa təcavüz edən türklərlə mübarizə aparacaqdır."
O, izah edib ki, bu rəvayətin hədəfi rumilərlə müttəfiq olan türk rəhbərlərə aiddir. Çünki türklərin bəsirət və qeyrətləri misilsizdir. Əllamə Təbatəbai və Əmini kimi türk şəxsiyyətləri bizim şərəfimizdir. İslam tarixində onların misli yoxdur.
Ayətullah Amuli axirəzzaman fitnələrini izah edərək "Rumluların (dünya imperializminin) islam ölkələrinə mədəni və siyasi istilası zühur fitnələrinin sonuncusu və ən çətini olacaqdır. Bu fitnədə küçələrdə pis işlər görüləcək və hiyləgərliklər üzə çıxacaqdır. Dəccal, dünya imperializmi və hiyləgərlik təcəssümüdür. Dəccalın övladı vələdüzzinadır və İslam ölkələrini pulsuz satırlar." - deyə bildirib.
Onu da qeyd edək ki, bu xəbəri təhrif edən saytlar xəbərin fotosunuda yalnış yayımlayıblar. Onlar fotoda Seyid Amulinin yerinə, digər azərbaycanlı din alimi Höccətülislam Siddiqinin fotosunu qoyublar.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.