Ayətullah Cavad Amuli: 'Qərb düşüncə sistemi insanı Allah yerinə qoymaqdan ibarətdir'

İslamazeri.az-ın "İntizar" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ayətullah Abdullah Cavad Amuli İran mətbuatının "Mahnamə" adlı jurnalına müsahibə verib.
Qərb cəmiyyətində pozuntuların əmələ gəlməsi haqqında danışan Amuli belə deyib:
"Qərbdə dövlət işlərinin həyata keçirilməsi üçün hər hansı başlıq altında qanun çıxarılarkən, həmin qanunu tərtib edənlər azadlıq, bərabərlik, müstəqillik başlıqları altında dəyərləndirmələr həyata keçirirlər. Bu məsələlərin ana xətti ədalətdir. Bütün məsələlər ədalət süzgəcindən keçirilərək dəyərləndirilməlidir. Ədalət isə hər kəs üçün açıqdır. Ədalət hər şeyi onun üçün təyin olunan yerə qoymaqdır. Bizim Qərbdən fərqimiz, ədalət meyarı olaraq vəhyi ölçü vahidi olaraq götürməmizdir. Çünki fərdlərin və obyektlərin hansı şəkildə olacağına yalnız onları yaradan qərar verə bilər".
Qərb düşüncə tərzinin insanı Allah yerinə qoyduğunu söyləyən Ayətullah Amuli sözlərinə belə davam edib:
"İnsan Allahın Yer üzərindəki xəlifəsi sayılmaqdan, Allah yerinə qoyulur. Bu cür təfəkkür tərzinin adı humanizmdir. Buna görə də, insan öz fərdi şüuruna görə, fərd və əşyalar üçün xüsusi meyarlar təyin edə bilməz. Qərbin vəhy qaynaqlı düşüncə tərzinin olmaması, onu humanizm adlanan təfəkkürə çatdırıb. Bu təfəkkür tərzi nəticəsində də birinci və ikinci dünya müharibələri baş verib. Təhqir dolu karikaturaların nəşri də bu cür düşüncə tərzinin çirkin məhsuludur".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.