Ayətullah Cavad Amuli: Şiə məktəbi bu qüdrətə sahibdir ki...

İslamazeri.az-ın "Şəfəqnə"-yə istinadən verdiyi xəbərə əsasən, Ruminiyanın eks prezidenti və baş Ortodoks keşişini qəbul edən Ayətullah Cavadi Amuli müxtəlif elmi məsələlərə toxunub.
İslam dininin insanı əbədi varlıq kimi qələmə verdiyini deyən Ayətullah Amuli deyib: "İslam insan üçün nə zaman, nə də məkan çərçivəsində bir vəsiqə təyin etmişdir. Bunun sirri isə islamın insanı əbədi bilməsindədir. İnsanın əbədi olması Quran və Əhli-beytin hədislərinə əsasən, onun ölümlə olan əlaqəsinə görədir. Qurana görə ölümü öldürən insandır, əksi yox. Quran deyir ki, hamı ölümü dadacaqdır. Bu aydındır ki, dadı, dadan dadır. Bu ona bənzəyir ki, insan bir qab suyu içsin. Bu halda suyu dadan və həzm edən insandır. Beləliklə ölümlə üzləşən insan çürümür, sadəcə dəridən çıxır. İnsanın əbədi olmasını qəbul edərsək, əbədi olan varlıqlarla oxşarlıqlarını da qəbul etməliyik. İlahi dinlərə qulluq edən bir insan kimi vəzifəmiz budur ki, əlimizdə olan imkanlardan istifadə edərək insanlığı və sülhü bərqərar edək. Şiə məktəbi bu qüdrətə sahibdir ki, beynəlxalq qonaqları olsun. Bunun səbəbi, şiəliyin beynəlxalq olmasındadır."
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.