haberL haberR

Ayətullah Cənnəti “Xobreqan” məclisinin sədri seçildi

Kateqoriya: Region Yayımlama tarixi: 24.05.2016 13:10:02

İranda “Xobreqan” ekspertlər məclisinin sədri seçilib

 İranın "Xobreqan" məclisinin yeni rəhbəri təyin olunub.
İslamazeri.az-ın "Fars" agentliyinə  istinadən verdiyi xəbərə əsasən, İranın Nəzarət Təftiş komitəsinin sədri olan Ayətullah Cənnəti, "Xobreqan" məclisininə də sədr seçilib.
86 səsdən 51-ni Ayətullah Cənnəti, 21-ni Ayətullah İbrahim Əmini, 13-nü isə Seyid Mahmud Haşimi Şahrudi əldə edib.
Ayətullah Cənnəti 2 il ərzində "Xobreqan" məclisinin sədri olaraq təyin edilib.

Eyni zamanda Ayətullah Müvəhhidi Kermani və Seyid Mahmud Haşimi "Xobreqan" məclisinin sədr müvini seçiliblər.

Qeyd edək ki, bundan öncəki sədr Ayətullah Yəzdi bu seçkilərdə "Xobreqan" məclisinə daxil ola bilməmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.