haberL haberR

Ayətullah Həsən Amilidən ABŞ-ın Azərbaycandakı İŞİD-çiləri dəstəkləməsilə bağlı xəbərdarlıq

Kateqoriya: Region Yayımlama tarixi: 03.05.2015 23:55:34 3965 dəfə oxunub.

Vəliyyi fəqihin nümayəndəsi və Ərdəbilin İmam cüməsi Seyid Həsən Amili ABŞ-ın Azərbaycandakı İŞİD-çiləri dəstəkləməsilə bağlı xəbərdarlıq edib

İslamazeri.az-ın "Qafqaz.ir" portalına istindən verdiyi xəbərə görə, Vəliyyi fəqihin nümayəndəsi və Ərdəbilin İmam cüməsi Ayətullah Seyid Həsən Amili ABŞ-ın Azərbaycandakı İŞİD-çiləri dəstəkləməsilə bağlı xəbərdarlıq edib.

O, çıxışının əvvəlində İmam Əlinin (ə) mövludu haqqında danışıb və İranda qeyd edilən müəllim gününə işarə edib.

Səud rejiminin Yəmənə hücumunu tənqid edən Seyid Həsən Amili deyib: " Yəməndə böyük insan faciəsi baş vermək ərəfəsindədir. 8 milyon uşaq ölüm təhlükəsi qarşısındadır. Onların yarım milyonu südəmər körpələrdir."

Vəliyyi fəqihin nümayəndəsi Amerika, Avropa və BMT-ninn bu cinayətlər qarşısında sükut etməsini, sükutla kifayətlənməyib himayə etməsini tənqid edərək, ABŞ və Avropa dövlətlərinin dünyada baş verən cinayətlərə ikili yanaşmalarına işarə edib: "Amerika polisinin Baltimurda gördüyü işlərin onda birini İran polisi görsəydi, Qərbin informasiya imperiası dünyaya hay-küy salardı.  ABŞ, Avropa və BMT  İslam ölkələrinin zəifləməsini və sarsılmasını, infrastrukturlarının aradan getməsini, ordularını itirmələrini, gənclərin aradan getməsini istəyir. Ona görə də, Yəmən, Suriya və İraqda baş verən cinayətlərə laqeyd yanaşırlar".

Seyid Həsən Amili daha sonra Rusiya prezidentinin "ABŞ Azərbaycandakı vəhhabilər və terrorçularla əlaqədədir",- açıqlamasına işarə edərək deyib: "Bu, bizim üçün xəbərdarlıq və son dərəcə təhlükəlidir. Doğrudan da ABŞ Azərbaycan vəhhabilərini və İŞİD üzvlərini himayə edirsə, onda sərhədlərimizin əmin-amanlığı aradan gedəcəkdir".

 

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.