haberL haberR

Ayətullah İsa Qasımdan ciddi xəbərdarlıq

Kateqoriya: Siyasət Yayımlama tarixi: 11.03.2015 16:55:01

Şeyx Qasım Bəhreyndəki islahatlar barədə ciddi xəbərdarlıq edib

İslamazeri.az-ın "Intizar" agentliyinə istinadən verdiyi xəbərə görə, Bəhreyn müqavimətinin nüfuzlu alimi Ayətullah İsa Qasim Bəhreyndə islahatların gecikməsinin milli faciə ilə nəticələnəcəyi xəbərdarlığını edib. 

Bəhreyn prosesləri haqqında bəyanat yayan Şeyx Qasım bu ölkədə islahat və dəyişikliyin reallaşması yolunda heç bir maneə olmadığını bildirib.

Şeyx Qasım Bəhreyndə islahatların təxirə salınmasının heç bir haqlı əsası olmadığını və hər növ gecikmənin milli faciəyə yol açacağını və bu vəziyyətdən Bəhreyndə bütün tərəflərin zərər çəkəcəyini qeyd edib.

Şeyx Qasım həmçinin, heç kəsin islahatlara qarşı dayanma qüdrətinin olmadığını və kimsənin Bəhreyndə siyasi vəziyyətin ideal olduğunu iddia edə bilməyəcəyini vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.