haberL haberR

Ayətullah İsa Qasimin məhkəməsi təxirə salındı (Video-Yeniləndi)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 27.07.2016 16:09:11

Ayətullah Qasimin vəkili məhkəmə prosesində onun günahsız olduğunu vurğulayıb.

Xəbər verdiyimiz kimi bu gün, Bəhreynin nüfuzlu ruhanisi Ayətullah İsa Qasimin məhkəmə prosesinə start verilib.

İslamazeri.az-ın Bəhreyn mediasına istinadən verdiyi xəbərə əsasən, növbəti məhkəmə günü 14 avqusta təyin olunub.

Ayətullah İsa Qasimin iştirak etmədiyi məhkəmə prosesi, 10 dəqiqə davam edib.

Məhkəmənin Ayətullah İsa Qasimin iştirak etmədiyi üçün təxirə salındığı bildirilib.

Bütün bunlara baxmayaraq xalq hələ də mənəvi rəhbərlərini müdafiə etməyə davam edir.

***

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən ölkədə, xüsusən əd-Dərraz bölgəsində təhlükəsizlik rejimi gücləndirilmiş iş rejiminə keçib.

Hazırda Ayətullah İsa Qasimin evinin olduğu bölgə ciddi olaraq nəzarətə götürülüb.

Məlumata görə, Ayətullah Qasimin vəkili məhkəmə prosesində onun günahsız olduğunu vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.