haberL haberR

Ayətullah İsa Qasimin sözcüsü ilə müsahibə: "Bu çox təhlükəli bir addımdır"

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 20.07.2016 20:24:18

"Ərəbistanın Bəhreyn xalqına olan düşmənçiliyi heç kimə gizli deyil"

Bu sözləri Bəhreyn şiələrinin lideri Ayətullah İsa Qasimin sözçüsü bildirib.

 İranın “Mehr” xəbər agentliyi  Ayətullah İsa Qasimin sözçüsü Seyid Məcis Məşəldən müsahibə alıb.

İslamazeri.az Ayətullah İsa Qasimin sözçüsü Seyid Məcis Məşəlin bu müsahibəsini təqdim edir:

 Ayətullah İsa Qasimin evi önündə olan son durum nədən ibarətdir?

 - Rejim tərəfindən Ayətullah İsa Qasimə qarşı qərəzli addımdan sonra ölkənin müxtəlif alim və xalq kütlələri, onu müdafiə etmək və rejimə etiraz etmək məqsədi ilə əd-Dərraz bölgəsinə toplaşdılar. Xalq rejimə etiraz olaraq aksiyaya başladı. Ali-Xəlifə rejimi bölgəni mühasirəyə alaraq xalqın aksiyaya qoşulmasına mane olmaq istədi. Lakin buna baxmayaraq xalq, müxtəlif yollardan istfadə edərək özünü Ayətullah İsa Qasimin evi önünə çatdıra bilir. Ayətullah İsa Qasimin ruhiyyəsi çox yüksəkdir və təzyiqləri önündə Allaha təvəkkül edərək heç vaxt sarsıntı hissi keçirməyib.

Ali-Xəlifə rejimi Ayətullah İsa Qasimin xalqı zorakı hallara çəkdiyini iddia edir. Buna münasibətiniz necədir?

- Rejim tərəfindən göstərilən bu bəhanə tamamilə puçdur. Bəhreynin vəziyyətini izləyənlər Ayətullah İsa Qasimin sivil yollara əl atmasından xəbərdardır. O, xalqın zorakılığa üz gətirməsinə mane olan səbəblərdəndir. Bunu Ali-Xəlifə rejimi də bilir. Rejimin bu bəhanəsi, həqiqətləri gizlətmək üçündür. Həqiqət budur ki, Ayətullah İsa Qasim, xalqın təbii haqqını dəstəklədiyi üçün qərəzli mövqeyə tuş gəlib.

Sizcə Ayətullah İsa Qasimə qarşı atılan bu addımın ölkə inqilabına təsiri nədən ibarət olacaqdır?

- Bu çox təhlükəli bir addımdır. Bu addım bir tərəfdən hər bir Bəhreyn vətəndaşına qarşı olunan aşkar zülmdür, digər tərəfdən də ölkədə şiə tayfalarına qarşı olunan hücumdur. Çünki Şeyx İsa Qasim şiələrin arasında böyük rəhbərlərdən biridir. Bu addım xalqın qarşısını almağa səbəb olmayacağı kimi, onların daha əzmlə mübarizələrinə davam etməsinə səbəb olacaqdır.

Səudiyyə Ərəbistanının bu hadisədə rolu hansı həddədir?

- Ərəbistanın Bəhreyn xalqına olan düşmənçiliyi heç kimə gizli deyil. Bu rejim bir başa olaraq xalqa qarşı zorakılıqlarda təsir edir. Ərəbistanın ölkəmizə hərbi və siyasi müdaxiləsi hələ də davam edir. Ayətullah İsa Qasimə qarşı atılan addım da, ölkə daxilində düşünülən bir addım deyildir. Bu, Ərəbistanın göstərişi əsasında baş verən hadisədir. Lakin həqiqəti heç kim dəyişə bilməz. Çünki Ayətullah İsa Qasimin xalqla olan əlaqəsi bu qərarlarla aradan gedən deyil.

Fars dilindən tərcümə İslamazeri.az tərəfindən edilib

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.