haberL haberR

Ayətullah Kaşani İmam Məhdiyə düşmən olan üçlüyü açıqladı

Kateqoriya: Region Yayımlama tarixi: 05.02.2016 17:04:24

Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmməd İmami Kaşani olub

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İran inqilabının il dönümünü xalqa təbrik deyən imam cümə İran inqilabının baş vermə səbəblərindən danışıb.

O xütbəsi zamanı inqilabın vəhdətlə baş verdiyini bildirib: “İnqilabımız xalqın vəhdəti ilə qalib oldu. Xalq zəmanəsinin Musasına inanmış və ətrafında cəmlənmişdilər. Xalqımız imam Xomeyniyə aşiq idilər və o bir təqlid mərcəsi olaraq qəlbini Allaha təslim etmişdi. Onun İsaya (ə) xas olan nəfəsi və xalqın vəhdəti ilə bu inqilab gerçəkləşdi. İmam Zamanın (ə) hakimiyyəti də bu cür vəhdətə sahib olacaqdır."

Zühur öncəsi möminlərin vəzifələrinə də diqqət çəkən Ayətullah Muhəmməd İmami Kaşani "İmam Zamanın (ə) hakimiyyətinə hazırlaşan inqilabın cavanı da, qocası da addımlarına diqqət etməlidirlər. Biz imamın istədiyi kimi olmalıyıq. Dünya onun qarşısında dayanıb; bir tərəfdə Amerikanın gücü, bir tərəfdə İsrailin planları, digər tərəfdə isə Ərəbistanın pulu. Bu lənətə gəlmiş üçlükdür ki, təhlükəsizliyi pozur və insanları əxlaqsızlığa sövq etdirir”, -  deyə danışıb.

İmam cümə düşmənin İrana nüfuz etmək istəyində olduğunu bildirərək deyib: “Düşmən nüfuzunu və ölkənin siyasi, iqtisadi və hərbi yönündə təhlükəsizlik yaratmasını daha da gücləndirib. Onlar ölkədə gedən prosesləri diqqətlə izləyirlər və planlar cızırlar. Allah bizə yardım edəcəkdir. Necə ki, Suriyada, Livanda, İraq və Fələstində onların planlarını pozaraq məyus etdisə, bu dəfə də qələbə müsəlmanlarla olacaqdır".

Təkfirçilrin də düşmənin digər planı olduğunu bildirən vaiz "Təkfirçilərin bu gün bölgədə törətdikləri cinayətlər düşmənin ölkəmiz üçün cızdığı digər planlardandır. Buna görə millətimiz ayıq olmalıdır və rəhbərimizin də bildirdiyi kimi, hamılıqla seçkilərdə fəal iştirak etməliyik. Seçkilərdə vəliyyi fəqihə inanan və zəmanəsinin Musasını tanıyana səs verək. Düşmənin sevinəcəyi məqamlarda çox diqqətli olmalıyıq”, deyə danışıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.