haberL haberR

Ayətullah Məhəmməd Yəzdi Xübrəqan məclisinin sədri oldu

Kateqoriya: Region Yayımlama tarixi: 10.03.2015 17:55:59 2449 dəfə oxunub.

Ayətullah Məhəmməd Yəzdi İran İslam Respublikasının Xübrəqan (Ali Dini Şura) Məclisinin sədri seçilib

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, Ayətullah Məhəmməd Yəzdi İran İslam Respublikasının Xübrəqan (Ali Dini Şura) Məclisinin  bu günkü iclasında bu məclisin sədri seçilib. 

Xübrəqan (Ali Dini Şura) Məclisinin 17-ci iclası, üzvlərin iştirakı və Ayətullah Haşimi Şahrudinin sədrliyi ilə İran İslam Şurası Məclisinin keçmiş binasında işə başlayıb. 
Ayətullah Yəzdi Qum Elmlər Hövzəsi Müəllimləri Cəmiyyətinin sədri və  Xübrəqan (Ali Dini Şura) Məclisinin keçmiş sədr müavini idi.

Xübrəqan (Ali Dini Şura) Məclisinin sədri postuna iki namizəd olub;  səs vermədə Ayətullah Haşimi Rəfsəncani 24 səs, Ayətullah Məhəmməd Yəzdi isə 47 səs toplayıb.

Qeyd edək ki, bu post mərhum Ayətullah Məhdəvi Kəninin vəfatından sonra boş qalmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.