haberL haberR

Ayətullah Məkarim Şirazi BMT-ni sərt tənqid etdi: Oyuncaq...

Kateqoriya: Region Yayımlama tarixi: 16.06.2016 11:15:51

BMT-nin Səudiyyə Ərəbistanını qara siyahıya salıb, daha sonra siyahıdan çıxarması İranın böyük mərcəi təqlid müctehidi Ayətullah Məkarim Şirazi tərəfindən sərt tənqid olunub

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İranın böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi  BMT-nin neft dollarlarına xidmət etdiyini bildirərək "Dünya məzlumlarının müdafiəçisi olaraq özünü göstərən bir təşkilat, dollar oyunlarının oyuncağı vəziyyətinə düşüb" deyib.

"Bu vəziyyətdə ən pisi Amerika 11 sentyabr hücumlarında Səud rejiminin rolu olduğunu iddia edərək məsələ ilə əlaqəli sənədləri yayımlayacağını bildirdiyi halda Səud rejimi banklardan bütün pullarını çəkəcəyilə təhdid etmişdi" deyən Ayətullah bundan sonra ABŞ-ın geri addım ataraq  bu işdən vaz keçdiyini açıqladığını bildirib. 

Ayətullah Məkarim Şirazi özünü insan haqları müdafiəçisi kimi tanıdan BMT haqqında insanların yaxşı düşünməsinin vacib olduğunu qeyd edib.

Sonda İranın böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi "Özlərini fəqir Səudiyyə Ərəbistanı xalqının üzərindən neft milyarderləri edən kralların dollarlarına həsr edənləri necə mələkləşdirilə bilər və onlara can və malımızı necə əmanət edə bilərik?", - deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.