Ayətullah Məkarim Şirazi "Əl-Əzhər" şeyxinə məktub göndərdi

İslamazeri.az Ayətullah Məkrim Şirazinin rəsmi saytına istinadən sözügedən məktubun mətnin təqdim edir:
“Allahın adı ilə...
Əl-Əzhər şeyxi cənab doktor Əhməd Təyyibə
Əvvəldə sizin Ramazan ayında şiə-sünni məzhəblərinin imamət və səhabə mövzusunda etdiyiniz çıxışlara görə minnətdarlığımı bildirirəm. Sizin müsəlmanların vəhdəti istiqamətində atdığınız addımlara görə təşəkkür edirəm.
Biz sizin bəzi ifadələrinizi çox bəyəndik. “Şiə və sünni islam ümmətinin iki qanadıdırlar və hazırda baş verən ixtilaflar müsəlmanlara zərbə vurmaq üçündür”, “Şiə və sünni Allaha və Rəsuluna şəhadət verdikləri zamana qədər, 'Əl-Əzhər' iki məzhəb arasında heçbir fərq qoymayacaqdır” kimi sözləriniz. Lakin icazə verin bu çıxışlarınız barədə bəzi məsələlərə toxunum;
1. Səhabələrin bəzilərinin şiə alimləri tərəfindən təhqir edilməsi məsələsi – Hansı ki, siz də işarə etdiniz – Bu mövzu barədə deməliyəm ki, şiənin bütün təqlid mərcələri bu işdən uzaq olmağı vacib bilirlər. Bu işi edənlər diqqətsiz olan bəzi avam şiələrdir.
2. Bizim fikrimizə görə, sizin şiə əqidəsi və inancı barədə söylədiyiniz bəzi məsələlər müzakirə mövzusu olmalıdır. Sizə olan hörmətimiz sonsuz olsa da, fikrimizcə bu məsələləri KİV-də bəyan etmək iki məzhəb arasında olan ixtilafların çoxalmasına səbəb olacaqdır və bir çox islam düşmənləri bu məsələni öz hədəfləri üçün vasitə qərar verəcəklər. Kaş ki, bu məsələlərhər iki məzhəbin alimlərinin olduğu gizli və elmi məclislərdə mübahisə aparılardı, telekanallarda deyil.
Elə bu səbəbdən təklif edirəm ki, iki məzhəb alimlərinin iştirak etdiyi elmi konfrans təşkil olunsun. Bu konfransda vəhdətə mane olan ən mühüm maneələr və islami birliyə nail olmaq üçün ən gözəl təkliflər müzakirə edilsin. Sonda qəbul edilən nəticələrə əməl etmək hamı üçün zəruri olsun.
Ümid edirəm ki, bu təklifimizi qəbul edərək, şiələrin sizin iradlarınıza telekanallar vasitəsi ilə cavab verməsinin qarşısını alacaqsınız.
Sonda bir daha sizə müsəlmanlar arasında vəhdəti davam etdirdiyinizə görə təşəkkürümü bildirir və Allahdan sizin üçün lütf və uğur arzu edirəm.
Qum – Nasir Məkarim Şirazi
Mübarək Ramazan ayının 29-u, 1436 h.q”
Ayətullah Burucerdinin zamanında Qum hövzəsinin Misirin “Əl-Əzhər” universiteti ilə olan əlaqələri daha güclü idi və iki məzhəb arasında ortaq fətvalar verilirdi. Lakin bu əlaqə son 10 ildə zəifləyib. Ayətullah Məkarim Şirazinin ünvanladığı məktubun əsas səbəblərindən biri kimi məhz bu faktın olduğu bildirilir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.