haberL haberR

Ayətullah Məkarim Şirazi Fransa, Livandakı terrorldan danışdı

Kateqoriya: İslam Yayımlama tarixi: 16.11.2015 09:59:16

Ayətullahul uzma Məkarim-Şirazi Livan, İraq, Əfqanıstan və son zamanlar Avropa və Fransada baş vermiş terror aktlarını pisləyib.

İslamazeri.az-ın "SəhərTV"yə istinadən verdiyi xəbərə görə,  bazar günü Qum şəhərindəki böyük məsciddə özünün fiqh dərsinin əvvəlində Ayətullah Məkarim Şirazi deyib: "Əgər bəzi ölkələr İŞİD-i və digər terrorçuları himayə etməsəydilər, onların köklərinin kəsilməsi çətin iş olmazdı".

Ayətullah Məkarim Şirazi Qərbin, xüsusən Amerikanın terrorizmlə sözdə mübarizəsindəki təfriqə və ikiüzlülük siyasətini pislyərək sözlərini belə davam edib: "Bir tərəfdən Amerika terrorçulara təlim vermələri üçün öz amillərini göndərir, digər tərəfdən də Ərəbistan və regionun bəzi digər ölkələri terrorçulara pul və silah verirlər. Təəssüflər olsun ki, bəzi islami ölkələr İŞİD-i hərtərəfli surətdə himayə edirlər. İslam ümməti ayıq olmalı və əl-ələ verməlidir ki, təkfirçilər və terrorçuların köklərini kəssin."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.