haberL haberR

Ayətullah Məkarim Şirazi: Hövzə, mədrəsə dövlətə bağlı olmamalıdır

Kateqoriya: Region Yayımlama tarixi: 04.05.2016 12:47:59

Ayətullah Məkarim Şirazi düşmənin dini hövzələrə nüfuz etməsindən söz açıb.

İslamazeri.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Qum elmi hövzəsinin nüfuzlu üləması, İslam aləminin böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi bu barədə deyib: “Pərdə arxası olan əllər elmi hövzələrə nüfuz edərək əxlaqi və ideoloji problemlər yaratmaq niyyətindədirlər. Qərb siyasətçiləri cəmiyyətimizə iki yolla; Məddahlar və hövzədə təhsil alanların vastisə ilə  nüfuz edə biləcəklərini etiraf etmişdilər. Bu səbəbdən çox diqqətli olmalıyıq.”

Ayətullah Məkarim Şirazi  Dini Elmi Hövzə və mədrəsələrin  dövlətə bağlı olmaması ilə fəxr etdiyini qeyd edərək: “Hövzələr dövlətə bağlı olmamalıdır. Çünki belə olan halda, hövzədə olanlar dövlətdə gördükləri problemləri rahatlıqla bildirməyəcəklər. Bu məsələnin aradan getməsindən nigaranam.”, - deyə bildirib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.