haberL haberR

Ayətullah Məkarim Şirazi Minadakı faciə ilə bağlı danışdı

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.10.2015 14:45:18

O, bu barədə Əli Laricani ilə görüşdə danışıb

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Məkarim Şirazi ölkənin İslami Məclisinin sədri Əli Laricanini qəbul edib.

Dünyanın nüfuzlu ruhanisi Məkarim Şirazi görüşdə Mina hadisəsinin müxtəlif yönlərinə toxunaraq bildirib: Bu hadisə həqiqətən də fərqli bir hadisə idi. Digər tərəfdən, bu hadisə insanların Həcc ziyarətinə olan əlaqəsini azaldacaq. Hadisənin bu yönu üzərində işlənilməlidir. Çünki hazırda bu məsələ ilə bağlı müxtəlif etirazlar edilməyə başlanıb. Bu hadisə heç bir halda qırağa qoyulmamalıdır.


Əhmədov Qafar / İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.