haberL haberR

Ayətullah Məkarim Şirazi: Onların bu hiyləsinin önündə durmaq lazımdır

Kateqoriya: Region Yayımlama tarixi: 25.05.2016 13:08:07

İranın nüfuzlu ruhanisi çıxışında mübarək Ramazan ayı və sosial şəbəkələrdən danışıb

İslamazeri.az-ın "Fars" agentliyinə istinadən verdiyi xəbərə əsasən, böyük mərcəi təqlid müctehidi olan Ayətullah Məkarim Şirazi Qumda keçirilən fiqh dərsində qarşıdan gələn mübarək Ramazan ayına toxunaraq deyib: "Mübarək Ramazan ayın yaxınlaşır. Ramazan paklıq, təqva, günahların bağışlanması, rəhmət və ilahi fəzilət ayıdır. Bu səbəbdən bu aydan maksimum yararlanmalıyıq. İnsan zahirini təmizlədiyi kimi, batinini də təmizləməyə vaxt ayırmalıdır. İmam Səccad (ə) bu ayı həm pak, həm də pak edən adlandırır."

İslami təbliğatın bu ayda gücləndirilməsinin zəruriliyinə toxunan Ayətullah  "Sosial şəbəkələrin fəsadı həddindən artıq çoxdur. Qərbə məxsus olan sosial şəbəkələr dünyanı bataqlığa çevirib. Ramazan bu təbliğatın qarşısında dayanmağımız üçün bir fürsətdir. Onların düşüncəsinə əsasən, əxlaqi dəyərlərdən uzaq olan bir dünyanı idarə etmək daha rahatdır. Beləliklə onların bu hiyləsinin önündə durmaq lazımdır.", - deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.