Ayətullah Məkarim Şirazi: "Səudiyyə iki şərif hərəmin idarəsini yerinə yetirə bilmir"

İslamazeri.az "makarem.ir"-ə istinadən xəbər verir ki, Ayətullah Məkarim Şirazi Məkkədə baş verən hadisəyə görə başsağlığı verib.
Ayətullah Məkarim Şirazinin başsağlığı mətni aşağıdakı formadadır:
"Bismillahir-Rəhmanir-Rəhim
İnna lillahi və inna iləyhi raciun
Minada baş verən ağrılı hadisə İslam dünyasını yasa boğdu. Elə bir faciə ki, bütün ölkələrin və əziz ölkəmizin çoxlu sayda müsəlmanlarının yaralanması və tələfatı ilə nəticələndi. Gözlər ayrılıqdan qan ağlayır, qəlblər bu böyük müsibətin atəşindən yanıb qovrulur.
Bəndə bütün dünya müsəlmanlarına, xüsusilə öz əzizlərini itirən ailələrə səmimi qəlbdən başsağlığı verirəm.
Ümidvaram ki, onların pak ruhu ilahi rəhmətin kənarında Kərbəla şəhidləri ilə birgə məhşur olsun. Qalanlarına isə Allah gözəl səbr, ali mükafat lütf eləsin və onları qiyamət günü üçün azuqə olaraq müəyyən etsin.
Bu böyük faciə məcbur edir ki, İslam alimləri bir tərəfdən, siyasətçilər digər tərəfdən ən tez halda konfranslar təşkil edib, “İki şərif hərəm”in idarəsi üçün bir tədbir görsünlər.
Hazırkı həccin öhdədarları praktiki olaraq isbat etdilər ki, bu işi görmək səlahiyyətinə malik deyillər. Bu faciənin digər illərdə, növbəti həcc mərasimlərində təkrar mümkünlüyü qorxulu bir ibadət adı altında həccin müqəddəsliyinə ağır zərbə vuracaq.
İndi ki, İslam dünyasının ümumi təfəkkürü aktivdir, bu barədə tədbir görülməli, “İki şərif hərəm”in idarəsi üçün idarəçiliyi bilən, bacarıqlı və kifayət qədər təcrübəsi olan briqada təyin edilməlidir. Əlbəttə, səudililərin də briqadada iştirakına heç bir maneə yoxdur. Şübhəsiz, əgər bu işdə səhlənkarlıq edilsə – Allah eləməmiş – mümkün hadisələr təkrarlansa, onun məsuliyyəti artıq hər kəsin boynunda olacaq.
Nasir Məkarim Şirazi"
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.