Sünnilər əleyhinə çəkilən filmin şiə məzhəbilə heç bir əlaqəsi yoxdur

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, Nüfuzlu təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi Peyğəmbərin (s) ölümündən sonra baş verən hadisələrlə bağlı çəkilən filmin fitnə olduğunu və İngiltərədən yayımlanan bir sıra TV kanalları tərəfindən hazırlandığını bildirib.
Ayətullah Məkarim Şirazi, sünni məzhəbi əleyhinə hazırlanan “Əzab günü” adlı filmə münasibət bildirərək deyib: “Bu filmin hazırlanmasına, baxılmasına və yayılmasına dəstək verənlər böyük günah işləmiş olurlar. Xüsusən, müsəlmanlar arasında baş verən ixtilafların düşmənin xeyrinə olan bir zəmanədə bu addımı atmaq böyük günahdır. Bu işlərin şəri baxımdan ağır məsuliyyətləri vardır. Böyük ehtimalla bu filmin ərsəyə gəlməsində düşmənin əli var. Bu film yeni qanların axıdılmasına səbəb olarsa, bu filmin ərsəyə gəlməsində rolu olanlar bu cinayətlərlə şərikdirlər. Bu filmi hazırlayanların bizdən olmadıqlarını bütün aləmə çatdırmaq lazımdır. Onlar, bəzi müsəlmanların Əhli-beytə (ə) olan sevgisindən sui istifadə edirlər. Bu filmin verəcəyi mesajların, şiə məzhəbi ilə heç bir əlaqəsi yoxdur.”
Qeyd edək ki, Yasir Həbib adlı şəxs, İngiltərədən yayımlanan "Fədək" kanalında çıxış edərək, bu filmin hazırlanması ilə bağlı elan verib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.