haberL haberR

Ayətullah Məkarim Şirazi: Tələbələr ərəb və digər dilləri öyrənməlidirlər

Kateqoriya: İslam Yayımlama tarixi: 28.07.2016 12:42:42

Nüfuzlu təqlid mərcəsi dini hövzələrə səslənib

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, hövzədə olan tətil günlərinin azaldılmasını tələb edən Ayətullah Məkarim Şirazi bildirib: “Cavanlıq elm öyrənmək üçün ən ideal vaxtlardandır. Bunun üçün bu zamandan maksimum istifadə edilməli və tətil günləri azaldılmalıdır.”

Tələbələrin müxtəlif dillər öyrənməsinin zəruriliyinə toxunan Ayətullah Məkarim Şirazi “Din tələbələri tələbəlik illərinin əvvəlindən etibarən ərəb və digər dillərlə maraqlanmalıdırlar. İmam Rzanın (ə) müxtəlif insanlarla öz dilləri ilə danışmağı bu işin zəruriliyindən xəbər verir. Hicrət üçün bu vacibdir.”, -deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.