haberL haberR

Ayətullah Məkarim Şirazi: Xahiş edirəm öz sağlamlığınız üçün aclıq aksiyasını sonlandırın

Kateqoriya: Region Yayımlama tarixi: 07.08.2016 16:57:27

Nüfuzlu təqlid mərcəyi Pakistan şiələrinə müraciət edib

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Pakistan dölvətinə səslənən Ayətullah Məkarim Şirazi bildirib: “Bizim Əllamə Racih Nasir Abbas Cəfərinin və tərəfdarlarının aclıq aksiyasından xəbərimiz var. Bu aksiya Əhli-beyt tərəfdarlarının ölkədə hüquqlarının bərpası üçün təşkil olunmuşdur və dünyanın müxtəlif yerlərində gündəmi zəbt etmişdir. Mən sizdən xahiş edirəm ki, öz və tərəfdarlarınızın sağlamlığı üçün bu aksiyanı sonlandırın. Pakitan dövlətindən də gözləntimiz budur ki, müsəlmanların, xüsusən şiələrin istəklərinə müsbət cavab versinlər. Müsəlmanlar təhlükəsizlik və hüquqlarının müdafiəsindən başqa bir şey istəmirlər. Ölkə müsəlmanları, xüsusən şiələr, öz hüquqlarının bərpası üçün sivil yollardan istifadə edirlər və ümüd edirik ki, nəticə də əldə edəcəklər.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.