Ayətullah Məkarim Şirazidən Türkiyə Baş nazirinə sərt tənqid

İslamazeri.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, İranın nüfuzlu təqlid alimlərindən Ayətullah Məkarim Şirazi bu gün İranın Qum şəhərində etdiyi çıxışında İranın uranın zənginləşdirilməsini məhdudlaşdıracaq Əhatəli Birgə Fəaliyyət Planına dair ortaya çıxan müzakirələrdən narahat olduğunu dilə gətirib.
Ayətullah Məkarim Şirazi Əhatəli Birgə Fəaliyyət Planının bir çox güclü istiqamətinin olduğunu qeyd edərək "Bu planın bəzi zəif məqamları da ola bilər, amma hər kəs bu zəif notları tutmağı bacarmalı və həll yolunun tapılması barədə düşünməldir ", -deyə vurğulayıb. Əhatəli Birgə Fəaliyyət Planının qələbə olduğuna işarə edən Ayətullah Məkarim Şirazi "Bu, xalqımızın parçalanmasına və cəbhələrə bölünməsinə səbəb olmamalıdır. Xalq bu plana yaxşı cəhətdən baxmalı və lazımsız müzakirələrdən imtina etməlidir", -deyə bildirib.
Ayətullah Məkarim Şirazi "İŞİD-in vəhşiliklə insanları öldürdüyü rayonlardan insanlar hara qaçsın? Bu insanlar ölməlidirmi? Bu müharibəni törədənlər niyə bunları düşünmür? Eşitdiyimə görə, müharibə səbəbkarları 'İranla Rusiyanın etdiklərinə görə qaçqın böhranı yaşanır' deyiblər", ifadəsindən istifadə edib.
Türkiyə Baş naziri Əhməd Davudoğlunu da sərt şəkildə tənqid edən Ayətullah Məkarim Şirazi "İranla Rusiya Suriya hökumətinin xalq tərəfindən seçkilər vasitəsilə seçilməsinin lazımlılığını söyləyir. Buna baxmayaraq siz dünyanın dörd bir yanından adamları toplayıb hər yeri məhv etdiniz və insanları köç etməyə məcbur etdiniz. Sonra da durub, "Başqaları bu oyunları oynadılar", -deyə çıxış edirsiniz", -deyə əlavə edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.