haberL haberR

Ayətullah Nəcəfinin şəriət risaləsi Azərbaycan dilinə tərcümə olundu - Foto

Kateqoriya: İslam Yayımlama tarixi: 25.04.2016 17:23:07

Nəcəfin 4 böyük mərcəi təqlidindən biri olan Ayətullah-əl üzma Şeyx Bəşir Nəcəfinin iki kitabı Azərbaycan dilinə tərcümə olunub

Bunu İslamazeri.az-a Ayətullah Bəşir Nəcəfinin tələbəsi və Azərbaycandakı nümayəndəsi Seyid Mirheydər Badukubəyi bildirib.

"Gənclərə Tövsiyə" kitabı Ayətullah Şeyx Bəşir Nəcəfinin "İləş şəbab" kitabının tərcüməsidir. Şeyx Bəşir Nəcəfi bu kitabda gənclərin cəmiyyətdəki rolundan və elm əldə etmək üçün hansı yolları bilməsindən danışır. Kitab da dini və dünyəvi elmlərin mühümlüyündən və əldə olunmuş elmin nə cür faydalı olmasından söz acır. İkinci kitab "İzahlı şəriət məsələrəri"dir;  islam şəriətinin hökmlərindən ibarətdir.", - deyə Seyid Mirheydər Badukubəyi  qeyd edib.

Seyid Mirheydər Badukubəyi Ayətullah Bəşir Nəcəfinin Azərbaycandan olan tələbələrə xüsusi nəzəri və diqqəti olduğunu, həmçinin dəyər verdiyini bildirib.

Ayətullah Bəşir Nəcəfinin İraq, Pakistan, Avropa və Azərbaycanda müqəllidləri var.

Qeyd edək ki, Ayətullah əl-Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi 1942-ci ildə Hindistanın Caləndhər şəhərində anadan olmuşdur. Atası Şeyx Sadiq Pakistanın Lahur şəhərinin sayılıb seçilən şəxslərindən olmuşdur. İlk təhsilini(sərf,nəhv,bəlağə,fiqh,usul) Lahur şəhərində babası Şeyx Muhəmməd İbrahim Pakistanidən, və əmisi Şeyx Xadim Hüseyndən və Pakistanın böyük elmi mərkəzlərindən olan Camiə Müntəzər mədrəsəsinin təsisçisi olan Allamə Äxtər Abbas Pakistanidən alıb. Daha sonra təhsilini daha da artırmaq üçün 1965-ci ildə Elm şəhərinin qapısı,Əmirəl-möminin Əli(ə)-ın müqəddəs vucudunun dəfn olunduğu Nəcəfül-Əşrəfə hicrət edib.
Nəcəfül-Əşrəfdə məşhur olan ustadların yanında dərs alıb.  Onlardan Ayətullah Şeyx Muhəmməd Kazım Təbrizinin Kifayətul- usul və bəhsi xaricində iştirak etmiş, Ayətullah Üzma Seyyid Muhəmməd Ruhaninin yanında 7 ildən artq usul və fiqhin xaric dərslərini alıb. Daha sonra dövrünün böyük mərcei təqlid müctəhidlərindən olan Ayətullah əl-Üzma Seyyid Abül Qasim Musəvi Xoinin yanında usul və fiqhin xaric elminə yiyələnmişdir. Hal hazırda Nəcəf Elmiyyə hövzəsində bəhsi xaric dərslərini tədris edir.
Onu da qeyd edək ki, hər iki kitabı şəhərin dini dükanlarından və ya bu - 994708338430 telefon nömrəsilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 

Ayətullah Bəşir Nəcəfinin iki kitabı Azərbaycan dilinə tərcümə olunub - Foto

/haberimaj/habergaleri/4M1Y3I4K2V0Y.JPG
  1. Ayətullah Bəşir Nəcəfinin iki kitabı Azərbaycan dilinə tərcümə olunub - Foto

  2. Ayətullah Bəşir Nəcəfinin iki kitabı Azərbaycan dilinə tərcümə olunub - Foto

  3. Ayətullah Bəşir Nəcəfinin iki kitabı Azərbaycan dilinə tərcümə olunub - Foto

  4. Ayətullah Bəşir Nəcəfinin iki kitabı Azərbaycan dilinə tərcümə olunub - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.