haberL haberR

Ayətullah Nimrin edamı Səud rejiminə baha başa gələcək

Kateqoriya: İslam Yayımlama tarixi: 07.05.2015 14:30:18 5067 dəfə oxunub.

Bu sözləri Ayətullah Baqir Nimrlə bağlı məlumatları ehtiva edən saytın rəhbəri yayıb

İslamazeri.az İran mediasına istinadən xəbər verir ki, Ayətullah Nimrin rəsmi məlumat saytının rəhbəri Məhəmməd Musəvi açıqlama təqdim edib.

Açıqlamada bildirilib: “Şübhəsiz, Ayətullah Nimrin edamı Səud hökümətinin sütunlarını lərzəyə gətirəcək. Çünki, onun qanının intiqamı bu rejimə baha başa gələcək. Ayətullah Nimr Allahın vacib etdiyi “əmr be məruf” və “nəhy əz münkər”i icra etmək üçün ayağa qalxdı və hamıya öyrətdi ki, söz azadlığı hər bir Ərəbistan xalqının haqqı olmalıdır və hüquqi cəhətdən də hər bir sakin öz əqidəsini ifadə etmə icazəsi var. O, şiə müctehidlərindən biridir. O, illər boyu Səudiyyə sakinlərinin haqq və hörmətini geri qaytarmaq üçün çalışıb. O, dəfələrlə həbs olunub. Şübhəsiz, onun edamı Ərəbistan və hətta Bəhreyndə kütləvi etiraz aksiyalarına səbəb olacaq. Çünki, Şeyx Nimr Ali-Səudla yanaşı, Ali-Xəlifə rejiminə də öz etirazlarını bildirmişdi. Çox güman ki, bu inqilab keçmişdə olanlardan fərqli olacaqdır. Ali-Səud rejimi Şeyx Nimrin hərəkatını şiə hərəkatı olduğunu sanırdı. Lakin, Şeyx tədbirli addım ataraq Səudiyyənin sünni camaatınında haqqını tələb etdi. Bu edam İslam və beynəlxalq qanunlara sığmayan bir addımdır və onlara yeni bir ləkəni ərməğan edəcək. Misal üçün, əgər bu hadisə Suriya kimi bir ölkədə baş versəydi, Qərb, Avropa və Ərəbistan birləşərək öz etirazlarını bildirər və "demokratiya"dan dəm vurmağa başlayardılar. Lakin, biz yalançı demokratiya iddiaçılarının sükutunun şahidiyik”.

Qeyd edək ki, Ali-Səud rejimi Ayəlullah Nimrin edamını Rəcəb ayının 25-nə (mayın 14-nə) təyin edib. Ətraflı məlumat üçün bura daxil olun: Ayətullah Baqir Nimrin edam tarixi bəlli oldu

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.