haberL haberR

Ayətullah Həmədani: “Paris olayı qərbin terrora verdiyi dəstəyin bəhrəsidir”

Kateqoriya: Region Yayımlama tarixi: 16.11.2015 13:37:25

İranın Qum hövzəsinin mərceyi-təqlidlərindən Ayətullah Nuri Həmədani Parisdə baş verən terror aktını qınayıb

 İslamazeri.az İRİB-ə istinadən xəbər verir ki, İranın Qum hövzəsinin mərceyi-təqlidlərindən olan Ayətullah Nuri Həmədani dünən verdiyi açıqlama zamanı Fransanın paytaxtı Parisdə yaşanan terror hücumunu qərbin terrora verdiyi dəstəyin nəticəsi kimi qiymətləndirib.

Parisdə baş verən terror hadisəsini qınayan Ayətullah Nuri Həmədani bu gün dünyanın üz-üzə qaldığı problemlərin əksəriyyətinin başda Amerika olmaqla qərb ölkələrinin terrora verdiyi dəstəkdən qaynaqlandığını bildirib.

Ayətullah Həmədani dünyadakı bəzi qüvvələrin islama zərbə vurmaq məqsədilə terrorçu qruplar yaradıb, özlərini terror təhlükəsindən uzaq tuta biləcəklərini düşünməklə yanlışlığa yol verdiklərini, bu kimi terror qruplaşmalarının əvvəl-axır özləri üçün də bəlaya çeviriləcəyini bilməli olduqlarını deyib.

Ayətullah Həmədani açıqlamasında “Fransa kimi qərb ölkələri indiyə qədər terrorçulara dəstək verməsəydi, İraq və Suriya xalqları və hökumətləri İŞİD-i çoxdan kökündən məhv edəcəkdi”, - deyə qeyd edib.

İslam ümmətini birliyə, oynanan oyun qarşısında diqqətli olmağa çağıran Ayətullah Həmədani islam ölkələri və müsəlmanların ancaq vəhdət çərçivəsində izzət tapa biləcəklərini vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.