haberL haberR

Ayətullah Rəfsəncani: "İsrail rejiminin "Hizbullah"a məğlubiyyəti Səud rejiminə dərs olmalıdır"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 16.04.2015 16:14:40

"Səud rejimi düşdüyü bataqlıqda çabalayır"

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, sionist İsrailin "Hizbullah" qarşısında uğradığı məğlubiyyətlərin Səud rejimi üçün yaxşı bir dərs olmasının lazım olduğunu qeyd edən İran Məsləhət Şurasının sədri Ayətullah Haşimi Rəfsəncani Ərəbistanın səhvlərini davam etdirdiyi təqdirdə bataqlıqda batan insanın xilas olmaq üçün çabalaması və çabaladıqca daha da batması vəziyyətinə düşəcəyini qeyd edib.

Region ölkələrinə hakim olan dəhşətli vəziyyətdən duyduğu təəssüfü dilə gətirən Ayətullah Haşimi Rəfsəncani regiondakı İslam ölkələrinin daxili qarşıdurmalar və terror hücumları ilə qarşı-qarşıya olduğu bir vaxtda, bir-birinə hücum etməsinin səhv addım olduğunu bildirib.

Ayətullah Haşimi Rəfsəncani mövcud münaqişələrin yeganə yolunun siyasi dialoqdan keçdiyini vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.