haberL haberR

Ayətullah Rəfsəncani mübariz ruhanilərin siyahısından çıxarıldı (SƏBƏB)

Kateqoriya: İslam Yayımlama tarixi: 02.02.2016 15:24:14

Ayətullah Rəfsəncaninin adı mübariz ruhanilər siyasından çıxarılıb

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İranın Mübariz Ruhanilər Cəmiyyəti  Məsləhət Şurasının sədri Ayətullah Rəfsəncanin adını öz siyahısından çıxardığını açıqlayıb.

Buna səbəb isə Rəfsəncaninin dünən nəzarət şurasını sərt şəkildə qınaması olub.

Beləki, Ayətullah Haşimi Rəfsəncani ölkənin nəzarət şurasının Ayətullah Xomeyninin nəvəsinin namizədliyini qəbul etməməsinə görə sərt şəkildə tənqid edərək, imam Xomeyininin ailəsinə təşəkkür etmək əvəzinə hörmətsizlik etdiklərini bildirib.

Mübariz Ruhanilər Cəmiyyəti  isə tənqidləri əsassız adlandırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.