haberL haberR

Ayətullah Reyşəhrinin yeni əsəri işıq üzü görüb

Kateqoriya: İslam Yayımlama tarixi: 25.12.2015 11:56:51

İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən təqdimat mərasimində Ayətullah Reyşəhrinin yeni əsəri oxucularına təqdim olunub

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İslam Peyğəmbərinin (s) mövludu münasibəti ilə keçirilən tədbirdə “Sonuncu Peyğəmbrin (s) siyrəsi” (həyat tərzi, sözləri, əməlləri) adlı kitab ışıq üzü görüb.

Kitabları ölkə daxilində və xaricində maraqla qarşılanan Ayətullah Reyşəhrinin bu əsəri fars dilində və 7 cilddə nəşr olunub.

Qeyd edək ki, Ayətullah Reyşəhrinin birsıra kitabları ana dilimizə də tərcümə olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.