haberL haberR

Ayətullah Seyid Əli Xamenei Məkkədəki faciə ilə bağlı başsağlığı verdi

Kateqoriya: Region Yayımlama tarixi: 13.09.2015 21:57:04

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Məkkədəki qəza ilə bağlı həyatını itirənlərin ailələrinə başsağlığı verdi

İslamazeri.az-ın "Səhər TV"yə istinadən verdiyi xəbərə görə, İran İslam İnqilabının Rəhbərinin ofisinin rəisi İnqilab Rəhbərinin adından Məkkədə baş vermiş hadisədə həlak olan iranlı zəvvarların ailələrinə başsağlığı verib.

İran İslam İnqilabının Rəhbərinin ofisinin informasiya portalında yer alan məlumata görə, höccətülislam vəlmüslimin Məhəmməd Məhəmmədi Qolpayeqani bazar günü İnqilab Rəhbəri tərəfindən Vəli Fəqihin nümayəndəsi və iranlı zəvvarların rəhbəri höccətülislam vəlmüslimin Seyid Əli Qazi Əsgər ilə telefon əlaqəsi saxlayıb və Məkkə hadisəsində zərər çəkmiş iranlı zəvvarların son durumu ilə maraqlanıb. 

İran İslam İnqilabının Rəhbərinin ofisinin rəisi bu telefon əlaqəsində iranlı zəvvarların vəziyyəti ilə bağlı son durumu öyrənib. Höccətülislam vəlmüslimin Qazı Əsgər də baş vermiş hadisə və hadisə nəticəsində həyatını itirənlərin dəqiq sayı barədə məlumat verib. 

Cümə günü Məkkədə bir qaldırıcı kranın aşması nəticəsində 107 zəvvar həyatını itirib, 238 nəfər isə yaralanıb. Bu hadisədə 5 iranlı zəvvar da həyatını itirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.