haberL haberR

Ayətullah Seyid Sistani İraqdakı vəziyyətlə bağlı narahatçılığını bildirdi

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 05.05.2016 10:44:36

İslam Dünyasının nüfuzlu təqlid mərcəsi ölkə siyasətçilərinə xəbərdarlıq edib

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Seyid Sistaninin ofisi yaydığı bəyanatda, onun ölkə vəziyyətinə nəzarət etdiyi və məsələlərin bu yerə çatmasına təəssüf hissləri keçirdiyi qeyd olunur.

“Ayətullah Sistani öz səyləri ilə ölkəyə izzətli və xoş  həyat təqdim edə biləcək şəxslərin, ölkəni bu vəziyyətə gətirmələrinə təəssüf hissi keçirir. Hansısa namizədin Ayətullah Sistani tərəfindən dəstəkləndiyi xəbərləri qeyri-dəqiq məlumatdır.”, -  deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ötən həftələrdə iraqlılar ölkədə islahatların aparılması tələbilə aksiyalar keçirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.