haberL haberR

Ayətullah Sistani düşmən hücumlarının neytrallaşdırılmasından danışdı

Kateqoriya: İslam Yayımlama tarixi: 02.12.2015 19:12:20

İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistani düşmənlərin İraq və Suriyaya qarşı hücumlarının neytrallaşdırılması məsələsinə toxunub

İslamazeri.az-ın Türk mediasına istinadən verdiyi xəbərə görə, Ayətullah Sistani bu gün Nəcəf şəhərində Tehran Böyük Bələdiyyəsinin sədri Məhəmməd Baqirlə keçirdiyi görüşdə düşmənlərin "Taliban", "Əl-Qaidə"  və İŞİD kimi qrupları yaratmaq və ya İraq və Suriya kimi ölkələri zəiflətmək hədəflərinə işarə edərək, düşmənlərin şiələrə zərbə vurmağa çalışdığını və bunun qarşısının alınmasının zəruri olduğunu qeyd edib.

Ayətullah Sistani İraq və Suriya məsələsini islam dünyasının məsələsi və beynəlxalq bir məsələ kimi qiymətləndirərək, Tehran Bələdiyyəsinə Ərbəin mərasiminin daha yaxşı keçirilməsi üçün verdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə Tehran Böyük Bələdiyyəsinin sədri Məhəmməd Baqirdə Tehran Bələdiyyəsinin verdiyi xidmətlər və keçirdiyi fəaliyyətlər haqqında hesabatı təqdim edib.

 

Hər gün izlədiyiniz sayt bloklanıbsa bunu mütləq izləyin və asan yol ilə bloklardan qurtulun

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.