haberL haberR

Ayətullah Sistani yay tətilinə çıxan tələbələrə çağırış etdi

Kateqoriya: İslam Yayımlama tarixi: 05.06.2015 19:05:09 8275 dəfə oxunub.

Seyid Əli Sistani gənclərə çağırış edib

İslamazeri.az İraq mediasına istinadən xəbər verir ki, İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistani yay tətilinə çıxan tələbələrə çağırış edib.

Ayətullah Sistani tələbələrə ünvanlanan çağırışında bildirib ki, yay tətili müddətində hərbi təlim proqramlarında iştirak etsinlər. O, qeyd edib ki, bir ölkənin təhlükəsizliyi onun gəncliyinin əzmindən asılıdr.

Digər tərəfdən, İraqın suverenliyinin İŞİD təhdidi altında olması İraq xalqının birləşməsini və əli silah tuta bilən şəxslərin hərbi təlim almasını vacib edir. Bu səbəbdən Ayətullah Sistaninin sözügedən tövsiyə xarakterli çağırışı mühüm əhəmiyyət daşıyır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.