haberL haberR

Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

Kateqoriya: Region Yayımlama tarixi: 14.05.2016 10:00:36

Gürüstanda səfərdə olan Ayətullah Şəhristani və nümayəndə heyəti, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovla birlikdə Gürcüstan Patriarxı II İlya ilə Patrirxlıq iqamətgahında görüşüblər

İslamazeri.az-ın verdiyi xəbərə görə,  Pravoslav Kilsəsi rəhbərliyinin və Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə dini şəxsiyyətlər bildirdilər ki, belə görüşlərin müsəlman və xristian xalqları arasında dostluğu və qardaşlığa, ölkələr arasında əlaqələrinin inkişafı üçün çox dəyərli olacaqdır. 
Bir saat müddətində keçən görüşdə Gürcüstan Patriarxı II İlya, Ayətullah Şəhristani, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri və İran İslam Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri çıxış edərək dinlərarası dialoqun vacibliyindən, dinlərin dostluq, qarşılıqlı hörmət və tolerant şəraitində yaşamalarının önəmi haqda müzakirə ediblər.

Müzakirələr zamanı dünyada  yaşanan terror hadisələrinin coğrafiyası olmadığı kimi dininin də olmaması vurğulanıb.

Sonda Ayətullah Seyyid Əli Sistaninin nümayəndəsi Seyyid Cavad Şəhristani Gürcüstan Patriarxı II İlyaya hədiyyələr təqdim etdi.

Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

/haberimaj/habergaleri/1S8D0N1P9A7E.JPG
  1. Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

  2. Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

  3. Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

  4. Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

  5. Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

  6. Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

  7. Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

  8. Ayətullah Sistaninin nümayəndəsi Gürcüstan Patriarxı II İlya ilə görüşüb - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.