haberL haberR

Ayətullah Sistaninin nümayəndəsi şəhid edildi FOTO

Kateqoriya: İslam Yayımlama tarixi: 27.11.2014 14:26:41 10233 dəfə oxunub.

Ayətullah Sistaninin Pakistandakı nümayəndəsi şəhid edilib.

İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi məlumata görə, Pakistan Şiə müsəlmanlarının nüfuzlu dini şəxsiyyətlərindən biri dünən axşam naməlum silahlıların hücumu nəticəsində həyatını itirib. 

Pakistanın Müsəlmanların Vəhdət Məclisi partiyasının üzvü və Ayətullah Sistaninin Paraçinar şəhərindəki nümayəndəsi Əllamə Məhəmməd Nəvaz İrfani dünən axşam 21:30 radələrində İslamabadın Cey-11 bölgəsində silahlı hücuma məruz qalaraq həyatını itirib.

Hadisəni qınayan Müsəlmanların Vəhdət Məclisinin sədri Əllamə Raca Nasir Abbas Pakistan hökumətindən cinayəti törədən şəxslərin 12 saat içərisində tapılmasını tələb edib.  O hökuməti,  əks halda İslamabadda etiraz aksiyaları təşkil edəcəyi ilə hədələyib. 

Son aylarda Pakistanda Şiə və Sünni alimlərinə qarşı terrorlar davam edir. Sentyabr ayından bəri 6 İslam alimi terror qurbanına çevrilib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.