haberL haberR

Ayətullah Xamenei Qumda nüfuzlu müctehidlərlə görüşüb

Kateqoriya: Region Yayımlama tarixi: 12.04.2015 15:13:34 5905 dəfə oxunub.

Ayətullah Seyid Əli Xamenei Qumda bir sıra mərcəi təqlid müctehidlərini ziyarət edib

İslamazeri.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, aprelin 11-i İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei Qumun nüfuzlu ruhanilər ilə görüşüb.

Ayətullah Xamenei Ayətullah Vəhid Xorasinini rəsmi ofisində ziyarət etdikdən sonra Ayətullah Nuri Həmədani və Ayətullah Cəfər Subhanilə də görüşüb.

İranın Dini Lideri görüşdən sonra ibadət üçün müqəddəs Cəmkəran məscidinə yollanıb.

Ayətullah Xamenei ötən həftə Ayətullah Şubeyri Zəncani və Ayətullah Məkarim Şirazi ilə görüşmüşdü.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.