haberL haberR

Ayətullah Xamenei azərbaycanlılarla görüşüb

Kateqoriya: Region Yayımlama tarixi: 18.02.2016 13:29:20

İranın Ali Dini Lideri Ayətullah Xamenei azərbaycanlılarla görüşüb

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Ayətullah Seyid Əli Xamenei bu gün şərqi azərbaycanlılarla görüşdə xalqı ölkədə keçiriləcək olan seçkilərdə iştirak etməsini istəyərək deyib: “Düşmən incə proqramla qarşıdan gələn seçkilərə hazırlaşır. Onlar cızdıqları hiylələrin həyata keçirmək üçün çalışırlar. Xalqımız ölkənin həqiqi sahibi kimi bu həqiqətlərdən xəbərdar olmalıdır. Onlar inqilab zamanından bəri ölkədə keçirilən seçkilərin qarşısını almaq istəsələr də buna nail olmadılar. Məyus olaraq, hazırda seçkiləri sual altına aparmaqla məşğuldurlar. Onlar nəzarət şurasının iş prosesinə şəkk salmaq niyyətindədirlər. Ölkədə də nəzarət şurasını gözdən salmaq istəyənlər var. Onların çoxu dediyi sözlərin nə ilə nəticələnəcəyindən xəbərsizdilər. Onları xəyanətdə ittiham etmək olmaz. Lakin onlar bilməlidirlər ki, düşmənlə həmsəda olmaq onların təhlükəli planlarının tamamlanmasına səbəb olacaqdır. “Xobreqan” məclisinin missiyası son qərarı verən rəhbəri təyin etməkdir. Əgər xalqın bu məclisdə olan nümayəndələri inqilaba və xalqa bağlı, düşmənin hiylələrindən xəbərdar olan biri olarsa, onların qərarları müttəfiq olacaqdır.”

ABŞ-la əlaqələrinə və nüvə müzakirələrindən əldə olunan razılığa da toxunan Ayətullah Xamenei deyib: “Uzun sürən müzakirələrdən və əldə olunan razılıqdan sonra, ABŞ rəsmilərindən biri “Elə iş görəcəyik ki, dünya işadamları İrana getməyə cürət etməsin” deyir. Müzakirə heyətimizin hədəflərindən biri xarici işadamlarının əli ilə ölkədə olan iqtisadi vəziyyətin yaxşılaşdırmaq idi. Lakin ABŞ tərəfi bunun qarşısını almaq niyyətindədir. Dəfələrlə amerikalılara güvənmək olmaz dediyimiz də bunu nəzərdə tuturduq. Bəzi ABŞ rəsmiləri də, aksiyalarımız da “Amerikaya ölüm” şuarlarımıza etiraz ediblər. Siz düşmənçiliyə davam etdiyiniz zaman başqa hansı cavabı gözləyirsiniz? Əlbəttə onlar xüsusi görüşlərdə gülümsəyirlər, əl ilə görüşüb xoş sözlər deyirlər. Bu diplomatik əlaqələrə xas olan bir davranışdır. Onlar razılıqdan sonra açıqcasına təhdid edir və yeni sanksiyalardan danışırlar. Bu ABŞ-ın həqiqətidir və bu düşmən müqabilində gözümüzü yummamalıyıq. Ey İran xalqı! Sizin düşməniniz bu cür mövcuddur. Elə isə oyaq və ayıq olun. Allahın lütfü ilə ölkə cavanları ABŞ və ABŞ-dan da böyük qüvvələrin ölkəmizə qarşı heç bir qələti edə bilmədiklərinin şahidi olacaqlar. Mən həqiqətləri deməkdən yorulmayacağam.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.