haberL haberR

Ayətullah Xamenei bayram xütbəsində terrorçuları lənətlədi

Kateqoriya: Region Yayımlama tarixi: 06.07.2016 12:44:32

İranın paytaxtı Tehranda bayram namazı, İranın inqilabın lideri Ayətullah uzma Xameneinin imamlığı ilə qılınıb

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, islam ümmətini bayram münasibəti ilə təbrik edən Ayətullah uzma Xamenei bildirib: “Bayram namazının qunutunda Allahı, bu günə and veririk. Bu günün məqamının aydın olması üçün bu məsələ kifayət edir. Allaha həmd olsun ki, xalqımız bu ayı gözəl və mənəvi olaraq başa vurdu. Xüsusən cavanlarımız ilin ən isti günlərində, düşmənin müxtəlif hiylələrinə baxmyaraq oruclarını açmadılar. Məmurlar düşmənin bu barədə olan planlarına diqqət etməlidirlər. Bu ay ilahi ziyafət ayıdır. İlahi ziyafət, günahların bağışlanması, qəlblərin nuraniləşməsi və gözəl işləri görmək üçün şəraitin yaradılmasıdır. Bu mühüm və gözəl işlərdən biri, sonuncu cümədə baş verən “Qüds” günü ilə bağlı olan yürüyüş oldu. Xalqımız oruc halında, isti hava şəraitində İsrailə olan mövqeyini sərgilədi. Ölkənin müxtəlif yerlərində təşkil olunan iftar süfrələrinin fotolarını mənə göstərirdilər. Xalqımızın bu işi məhəbbətlə görməsi insanı təsirləndirə bilməzdi. Bəzən iftara ehtiyacı olmayanlara iftar verilir. İftarlar sadə və ehtiyacı olanlara verilməlidir. İlahi! Bu Ramazan ayını və Fitr bayramını dünya müsəlmanları üçün bərəkətli et!”

Ayətullah Xamenei ikinci xütbəsində də hər kəsi təqvalı olmağa çağırıb.

O ikinci xütbəsində “Bu xütbədə danışmaq istədiyim islam aləmi və ümmətinə aiddir. Təəssüf olsun ki, bəzi ölkələrdə müsəlmnaların bayramı əzaya çevrildi. Bağdadda yüzlərlə ailə əzizlərini itirdilər, İstanbulda, Banqladeşdə və digər ölkələrdə insanlar oruc halında terrorçuların cinayətləri ilə üzləşdilər. Bu terrorçuların ABŞ, İsrail və İngiltərə təhlükəsizlik sistemləri tərəfindən dəstəklənməsinin nəticəsidir. Bu şeyləri islam dünyasında onlar yaradıblar ki, özləri də bunun ziyanlarını görəcəklər. Bu undulmayacaq bir cinayətdir. Təəssüf olsun ki, Suriya, Yəmən və Liviya kimi müsəlman ölkələrdə savaş bu ayda da davam etdi. İslam dünyasını bu vəziyyətini müşahidə etmək olduqca acıdır. Bu imperialist qüvvələrin ölkələrə olan müdaxiləsinin nəticəsidir. Yəməndə artıq 1 il 3 aydır ki, xalq, bombardman edilir. Lakin əhsən, Yəmən xalqına ki, bu şəraitdə belə “Qüds” günü böyük yürüyüş təşkil etdilər. Salam olsun Yəmən xalqının hikmətli və tədbirli rəhbərlərinə! Bütün bu hadisələr Fələstin məsələsinin unudulmasına görədir. İslam dünyasını başını öz daxili problemləri ilə qatmaq istəyirlər. Bununla da İsrail rejimi üçün fürsət əldə etməyə çalışırlar. Biz bilməliyik ki, Fələstinni azad olma mübarizəsi, islami mübarizədir. Müsəlmanların vəzifələrindən biri bacardıqları şəkildə bu hərəkatı davam etməkdir.”, -deyə bildirib.

İranda bəzi məmurların həddindən artıq maaş almasına münasibət bildirən Ayətullah Xamenei, bu məsələnin həlli üçün lazımi addımların atılmasını tələb edərək bildirib: “Düşmən bu məsələdən bizi sarsıtmaq üçün istifadə etmək niyyətindədir. Həddindən artıq maaş alanlar çox olmasa da, onların az olması belə zərərli və ayıbdır. Bu məsələyə ciddi yanaşılmalı və xalqın güvənini əldən verməməliyik. Ümüd edirəm ki, Allah, bütün məmurlara vəzifələrinin icrasında yardım edəcəkdir.”

Ayətullah Xamenei bayram namazının xütbəsində İslam dünyasının problemlərindən danışdı

/haberimaj/habergaleri/6C3O5X6A5K2O.PNG
  1. Ayətullah Xamenei bayram namazının xütbəsində İslam dünyasının problemlərindən danışdı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.