haberL haberR

Ayətullah Xamenei: "Bayramlarımız əzaya çevrilib"

Kateqoriya: İslam Yayımlama tarixi: 30.09.2015 16:22:16

İran inqilabının rəhbəri Ayətullah Xamenei İmam Xomeyni adına dəniz elmləri universitetində çıxış edib.

İslamazeri.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, Aəyutllah Xameni çıxışında Minada baş verən hadisələrə də toxunub.

 

İranın ali dini lideri Ayətullah Xamenei deyib: “Qurban və Qədir-xum bayramı günləridir, lakin baş verən cahil davranışlar bizim bayramımızı əzaya çevirib. Həcc təhlükəsizlik məkanı olmalıdır. Baş verənlər təhlükəsizlikdirmi? Ümüd edirik ki, mütəal Allah millətlərdən bu qurbanları qəbul edər. Ərəb rəsmiləri öz vəzifələrinə əməl etmirlər. Bəzən isə vəzifələrinin tam ziddinə olan mövqelər sərgiləyirlər. Biz də reaksiya bildirməli olsaq əmin olsunlar ki, onlarınkından daha sərt olacaqdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.