haberL haberR

Ayətullah Xamenei: "Biz, məzlumları himayə etməkdə davam edəcəyik"

Kateqoriya: Region Yayımlama tarixi: 16.05.2015 19:15:24

İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Xamenei İranın məzlumlara dəstək verəcəyini bildirərək deyib ki, biz məzlumları himayə etməkdə davam edəcəyik...
 
İslamazeri.az-ın İRİB-ə istinadən verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei bu gün İran dövlət rəsmiləri və İslam ölkələrinin İrandakı səfirlərini qəbul edib.
İslam Peyğəmbərinə peyğəmbərliyin verildiyi gün - Məbəs bayramı münasibətilə baş tutan görüşdə Ayətullah Xamenei deyib: "Bu gün cahillik İslam dininin zühur etdiyi dövrdə olduğundan daha güclü və yüzlərlə dəfə daha təhlükəli formada zahir olub. Əlbəttə, bu gün İslam da təchiz olunub və bir çox vasitələrlə dünyada geniş formada yayılıb. Region və İslam ölkələri ilə düşmən olanların siyasəti İslam ölkələrini bir-biriləri ilə qorxutmaqdır. Xəyali düşmən yaradaraq, həqiqi düşmənlər olan hegemonçular, onların əlaltıları və sionistlərin diqqətdən kənarda qalmalarına şərait yaradırlar. Bu siyasətlərə qarşı çıxmaq, cahillik ilə mübarizə aparmaq deməkdir. Region xalqları ayılıblar. İslami Oyanışı müvəqqəti olaraq yatırıblar. Amma oyanış və bəsirət yatırdılası deyil. İslam Ümmətinin tükənməz qüdrətini unutmaq olmaz." 
 
 
Daha sonra İranın Ali Dini Lideri deyib: "İmperializmin xəbisliklə yanaşı olan siyasətləri öz mənafeyini təmin etmək üçün vasitəçi müharibələr törətməkdir. Biz, Fars Körfəzi hövzəsində yerləşən ölkələr, ortaq maraqlara malikik. Təhlükəsiz Fars Körfəzi hamı üçün təhlükəsizdir, təhlükəsizliyi olmayan Fars Körfəzinin isə heç kim üçün təhlükəsizliyi olmayacaq."
 
 Səud rejiminin Yəmənə etdiyi hücumlara işarə edən Ayətullah Xamenei deyib: "Biz, məzlumları himayə etməkdə davam edəcəyik. Hətta, Məkkə müşrikləri belə, haram ayda müharibəni dayandırırdılar. Amma bu gün Rəcəb ayında Yəmənli ailələri qəmlə boğurlar. Yəmən və Bəhreyn xalqları məzlumdurlar. Fələstin xalqı xroniki məzlumluğa düçar olub. Təəssüflər olsun ki, Yəməndə cinayətlər və qırğınlar özünü müsəlman adlandıran ölkələr tərəfindən törədilir. Amma onlar aldanıblar. Terrorizmin banisi və himayədarı, Amerikadır. İran terrorizm ilə mübarizə etdi və ona ağır zərbələr endirdi. Bundan sonra da belə olacaq." 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.