haberL haberR

Ayətullah Xamenei: Bu ilin əvvəli də, axırı da Xanım Zəhra (s.ə) ilə əlaqəli idi...

Kateqoriya: Region Yayımlama tarixi: 20.03.2016 13:47:06

İran inqilabının rəhbəri Novruz bayramı münasibəti ilə çıxış edərək bu ilin şüarını səsləndirib...

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, Ayətullah uzma Seyid Əli Xamenei yeni şəmsi ilinin əvvəlinin, həm də axırırın xanım Zəhra (s) ilə əlaqəli olduğunu vurğulayaraq deyib: “Mən bayram münasibəti ilə xalqımızı təbrik edirəm. Bu ilin həm əvvəli, həm də sonu xanımın mövluduna təsadüf edir. Geridə qoyduğumuz şəmsi ili hər il kimi şirinli-acılı və enişli-yoxuşlu bir il oldu. Mina faciəsinin acılığından tutmuş, xalqımızın inqilbab günü keçirdiyi yürüyüşün və seçkilərin şirinliyinə qədər. Həmçinin nüvə müzakirələrinə olan ümüd və nigarançılıqlarımız da buna daxildir. İnsanların ömründə müəyyən fürsətlər və təhdidlər mövcuddur. Hünər odur ki, fürsətlərdən istifadə olunsun və təhdidlər də fürsətə çevrilsin. Şəmsi tarixinin 1395-ci ili bizim önümüzdədir. Bu ildə də fürsət və təhdidlər mövcud olacaqdır. Ümumi vəziyyətə gö zgəzdirdiyimiz zaman yeni il üçün müəyyən ümüdlər müşahidə etmək olar. Bu ümüdlərin reallaşması üçün çalışmaq lazımdır. Gecə gündüz səy göstərməliyik. İran xalqı elə bir iş görməlidir ki, düşmənin təhdid və düşmənçiliyi önündə özünü qoruya bilsin. Biz düşmənlə üzləşdiyimizdə xəsarət almamaq üçün çalışmalıyıq. Bunu sıfıra endirməliyik.”

Ayətullah Xamenei ən mühüm məsələnin iqtisadi olduğunu vurğulayaraq: “Zənnimcə,  iqtisadi inkişaf ən başda durur. Müxtəlif məsələlərə diqqət etdiyimiz zaman, bu mövzunun əhəmiyyətini görmək olur. Dövlət və millət bu məsələdə düzgün iş apara bilsələr, ictimai, ictimai xəsarətlər, əxlaqi məsələlər, mədəni və bu kimi digər məsələlərdə də uğur qazanmağımıza ümid etmək olar. İqtisadi mövzusunda əhəmiyyətli olan məsələ, daxili istehsal, işsizliyin aradan getməsi, qiymət artımının qarşısının alınması məsələsidir. Bunlar xalqın mübtəla olduğu problemlərdir. Statistikalar da bu sözümü təsdiqləyir. Bütün bu problemləri həll etmək istəyiriksə, həll yolları iqtisadi müqavimət layihəsində yer alıb. İqtisadi müqavimət bütün bunlara şamil olur və onun vasitəsi ilə bu problemlərlə mübarizəyə qalxmaq olar. Şərti də budur ki, ciddi çalışıb səy göstərək. Dövlətdə olan qardaşlarımızın mənə verdikləri hesabata əsasən, çox böyük işlər görülməkdədir. Lakin bu işlər müqəddimə xarakterlidir. Bizə lazım olan iş görüb, nəticəni xalqa göstərməkdir. Bu bizim vəzifəmizdir.”, - deyə bildirib.

 

Ayətullah Xamenei bu ilin şüarını  “Müqavimət iqtisadiyyatı – fəaliyyət və əməl” adlandırıb.

 

O sözlərinin sonunda deyib: “Bu bizim ehtiyacımıza çatmaımıza lazım olan aydın və düz yoldur. Bununla bir il ərzində bütün problemlərin həllini gözləməsək də, düzgün fəaliyyət etsək bu ilin sonuna qədər səmərəsini görəcəyimizə əminəm. Bu yolda çalışan bütün şəxslərə öz təşəkkürümü bildirirəm. Bir daha əziz xalqıma bu bayramı təbrik edir və Allahın salam və salavatını Peyğəmbərə (s), Əhlibeytinə (s) və həzrət Bəqiyətullaha göndərirəm.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.