Ayətullah Xamenei: Bu möminlər günəş kimi parıldayırlar...

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə əsasən, yenyetmə və gəncləri mübarək aylardan layiqincə istifadə etməyə çağıran Ayətullah Xamenei deyib: "Bu 3 ay mənəviyyatın yazıdır. Ömürlərinin baharını yaşayan cavanlar bu dəyərli fürsətlərdən layiqincə istifadə edib, mənəviyyatlarını gücləndirə bilərlər."
Ayətullah Xamenei düşmənin müxtəlif sahələrdə olan hiylələrinə toxunaraq "İmperialist qüvvələr onların dəstəyi olmadan, müstəqil olaraq inkişaf edən ölkələrin qarşısını almaq niyyətindədirlər. Çünki bu ölkələr digərləri üçün nümunə olacaqdır. Düşmənin ölkəmizlə mübarizə aparma səbəblərindən biri də məhz budur. Ölkəmizin Qərbi Asiya və dünyada gücə çevrilməsi, Fələstin və müqavimət mövzusunu dəstəkləməsi, "islami həyat"ı yayması düşmənin bizimlə mübarizəsinin səbəblərindədir. Düşmənin yumşaq müharibəsi, sərt müharibəsindən qat-qat təhlükəlidir. Onlar bəzən bizi hərbi hücumla qorxudurlar, lakin bu yalan sözlərdir. Çünki onların bunu etməyə cürəti yoxdur, olsa belə dərhal cavab alacaqlarını bilirlər.", - deyə bildirib.
Ayətullah Xamenei sözlərinin davamında deyib: "Biz, bu yumşaq müharibədə müdafiədən əlavə hücumlar da etməliyik. Əgər bu savaşda inqilabi, ayıq, işgüzar, düşünməyi bacaran, şücaətli, qərarlı və fədakar əsgərlərə sahib olsaq, savaşın nəticəsinin bizim xeyrimizə olacağı məlumdur. Yox əgər əsgərlərimiz təslim ruhiyyəli, tez aldanan, güvənsiz, düşmənin gülüşünə inanan, hədəfsiz, düşüncəsiz, vecsiz, taleyinə etinasız, nəfsani istəklərinin əsiri olsalar nəticənin məğlubiyyət olacağı şübhəsizdir. Bu əsgərlərdən biri bizim, digəri isə düşmənin dəstəklədiyi və bəyəndiyidir. Qərb iranlı cavanların imansız, şücaətsiz, ümüdsüz, düşmənə xoşbin olmasını istəyir. Bizim cavanlarımız üçün planlarımız olduğu kimi, onların da öz planları vardır."
Livan "Hizbullah"-nın düşmənlə mübarizəsinə toxunan Ayətullah uzma Xamenei bildirib: "Bu gün "Hizbullah" islam dünyasında öz rəşatəli varlığını nümayiş etdirir. Onların, fəsada bürünmüş, düşmənə bağlı, boş və puç dövlətlər tərəfindən yırtılmış vərəqlə məhkum olunmasının heç bir əhəmmiyyəti yoxdur. "Hizbullah" və gənc möminləri günəş kimi parıldayırlar və islam dünyasının fəxrləridirlər. Çətinliklərlə üzləşsələrdə, onlar nəhayətdə qalibdirlər."
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.