haberL haberR

Ayətullah Xamenei: Bu nazirliyin işçilərini inqilabçı kimi yetişdirin

Kateqoriya: Dünya Yayımlama tarixi: 10.08.2016 15:51:33

İslam inqilabının rəhbəri ölkənin güc strukturlarının işçilərini qəbul edib
İslamazeri.az “Khamenei.ir”-ə istinadən xəbər verir ki, nazirliyi çox həssas və mühüm səngər, eyni zamanda İran İslam Respublikasının görən və oyaq gözü adlandıran Ayətullah-üzma Xamenei bildirib: “Bu nazirlik ölkənin üst və qalın dərisidir və heç bir halda xəsarət almamalıdır.”
Nazirliyin gecə-gündüz çalışan zəhmətkeş heyətinə minnətdarlığını bildirən Ayətullah Xamenei deyib: “İmperialist qüvvələrin hiylələri müqabilində imandan başqa bir şeylə dayanmaq qeyri mümkün idi. Xalqın imanının azalmasına səbəb olan hər bir addım xəyanət hesab olunur. Ölkəni bütün bu illər ərzində qoruyan məhz iman olmuşdur və əgər bu bənzərsiz silah xəsarət alsa, ciddi zərərlər müşahidə olunacaqdır. Nazirliyin cavan nəslini keçmişdəki kimi inqilab dəyərləri əsasında yetişdirin. Nazirlik düşmənin İslam Respublikasına zərbə vurmaq istədiyi hər sahədə meydanda olmalıdır.”
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.