haberL haberR

Ayətullah Xamenei "Ərbəin" yürüşlərində öz şəkillərinin istifadə edilməsini qadağan etdi

Kateqoriya: Region Yayımlama tarixi: 13.11.2015 9:22:35

Bu haqda İranın Həcc və ziyarətlər üzrə məsul şəxsi Höccətül İslam vəl Müslimin Seyyid Əli Qazi Əskər bildirib

İslamazeri.az-ın ABNA-ya istinadən verdiyi xəbərə görə, İran inqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin Həcc və Ziyarətlər üzrə nümayəndəsi Höccətül İslam vəlmüslimin Seyyid Əli Qazi Əskər İslam Təbliğatı Mərkəzinin konfrans zalında keçirilən “Ərbəin Mərasiminə Göndərilən Təbliğatçılar” konfransında işirak edib.

Vəlli Fəqihin nümayəndəsi konfransda çıxış edərək Ərbəin yürüşünü dünyanın misilsiz və ən böyük insan toplantısı olduğunu qeyd edərək, bunun bir dini yığıncaq olduğunu vurğulayıb.

Ərbəin haqda edən çıxışının davamında Seyyid Əli Qazi Əskər bildirib ki, İslam İnqilabının Ali Rəhbəri Ərbəin yürüşündə onun şəkillərindən istifadə etməsini qadağan edib.

Vəliyyi Fəqihin Həcc və Ziyarətlər üzrə nümayəndəsi bildirib ki, bu sözləri Ayətullah Xamenei buyurub: “Bu toplantı məhz Ərbəin məsələsi üzərində olmalıdır. İxtilaf sala biləcək bütün vasitələrdən çəkinin.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.