Ayətullah Xamenei: Fitnə başçılarından birinə dedim sizdən istifadə edəcəklər, anlamadı...

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, məscidi məsləhət, toplanmaq, müqavimət, proqramlaşdırma, mədəni və ictimai hərəkətin məkanı kimi qələmə verən Ayətullah Seyid Əli Xamenei bildirib: “İsrail rejimi tərəfindən Əqsa məscidinin yandırıldığı bu gün, İranın təzyiqi ilə beynəlxalq məscid günü olaraq qeydə alınmışdır. İslam tarixində məscid məsləhət, həmkarlıq, ictimai, siyasi və hərbi məsələlər barədə qərar vermə məkanı olmuşdur. Eyni zamanda məscid, insanların mənəvi tərbiyə olunan məkanı, qəlb və dünyanı abadlaşdırma, düşmənlə mübarizə, diqqətin çoxaldılması və islami mədəniyyətin yaranması üçün münasib bazadır."
İmam camaatlarda haqda danışan Ayətullah Xamenei "İmam camaatın vəzifəsi haqq və ədalətin bərpası və eləcə də dini hökmləri təbliğidir. Məscidin imamlığını etmək çox mühüm bir işdir. Bu vəzifənin haqqı, lazımı həddə məsciddə iştirak etmək, keyfiyyətli namaz təşkil etmək, xalqla danışmaq və cavanların suallarına cavab verməklə, layiqincə ödənilməlidir.”, -deyə əlavə edib.
Düşmənin hiylələrinin uğursuz və nəticəsiz olduğuna toxunan Ayətullah Xamenei bildirib: “İnqilabi islam və islam inqilabı sayəsində imperialist qüvvələrin əsas hədəfləri nəticəsiz qalmışdır. Xalqın imanı və islama bağlılığı olmasaydı, İran da digər ölkələr kimi ABŞ-ın çətiri altına girərdi. Onlar mədəniyyəti və xalqın əqidəsini zəyiflətmək üçün, cavanların imanını hədəfə alırlar. Bütün cəhdlərinə baxmayaraq bugünün cavanı, inqilabın əvvlində olan cavanlardan daha inkişaf etmişdirıər.”
Təhlil qüvvəsinə sahib olmağın zəruriliyinə işarə edən İnqilab rəhbəri deyib: “7 il öncə ölkədə baş verən fitnə və qarşıdurma zamanı, fitnə başçılarından birinə dedim ki, siz zahirdə dövlətlə olduğunuzu və yalnız seçki məsələsində etiraz etdiyinizi bildirirsiniz. Lakin bilin ki, bu hərəkatın idarəçiliyi düşmənin əlinə keçəcək və sizdən istifadə edəcəkdir. Onlar mənim bu sözlərimi anlamadılar və hamı gördü ki, seçkilər düşmənin alətinə necə çevrildi.”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.