haberL haberR

Ayətullah Xamenei kimlər haqqında şeir yazılmasını tövsiyə etdi?

Kateqoriya: Region Yayımlama tarixi: 21.06.2016 16:44:39

İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei imam Həsənin (ə) doğum günü münasibəti ilə ölkənin şeir, ədəbiyyat və mədəni işlər nümayəndələrini qəbul edib

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, yumşaq və mədəni savaşın gündəmdə olduğunu vurğulayan Ayətullah Xamenei deyib: Bu gün siyasi və mədəni sahədə yumşaq savaş gedir. Bu yolda ciddi təsirlərə malik olan vasitələrdən biri şerdir. Nəğmələr, təmiz hava kimi cəmiyyətə nüfuz edir. Bu sahə, ölkənin xarici düşmənlərlə əlaqəsində də özünü göstərməli və cəmiyyətin ehtiyacını ödəməlidir".

"Bu gün Fələstin, Yəmən, Bəhreyn, İran-İraq müharibəsi, hərəmin müdafiəçiləri, Şeyx Zəkzaki kimi məzlum mücahidləri şeirlə vəsf etmək və diri saxlmaq üçün şeirlər deyilsə də, lazımı şəkildə təbliğ olunmur. Amerikanın nüvə razılığında etdiyi xəyanətlər də şeir vasitəsi ilə xalqa çatdırılmalıdır. Siyasilərimizdən əlavə şairlərimiz də bu həqiqətləri xalqımıza bildirməlidirlər.”, -deyə Ayətullah Xamenei əlavə edib.

Xalqın mərsiyəyə olan sevgisindən istifadə edilməsinin zəruriliyini qeyd edən Ayətullah Xamenei bildirib: “Şah rejimi zamanı və eləcə də İran-İraq savaşı zamanı insana şövq verən mərsiyələr mövcud idi. Bu günün metodu, o gündən fərqli olsa da, mərsiyələr təsirli amillərdəndir. Duaların məzmunlarının nəzmə çəkilməsi və məsumların (ə) hədəflərinin şeir vasitəsi ilə xalqa çatdırılması çox mühümdür. Şeir və şairlərin ölkədə nüfuz tapması üçün dəstək vermək lazımdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.