Ayətullah Xamenei: Niyə İranda bu cür teatrlar təşkil olunmalıdır?

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, hazırki hakimiyyətin son aylarının qaldığına işarə edən Ayətullah uzma Xamenei bildirib: “Dövlət ciddi şəkildə planlaşdırmaqla bu zamandan maksimum yararlanmalıdır. Dövlət başını seçki məsələlərinə qatmamalı və son ana qədər problemlərin həlli üçün çalışmalıdır. “Dövlət həftəsi” məmurların fəaliyyətini gözdən keçirmək üçün gözəl fürsətdir. Tənqidin zərəri yoxdur, lakin insaf və düzgün həll yolunu təqdim etməklə bərabər olmalıdır.”
Sözlərinin davamında özünün “iqtisad müqaviməti” layihəsinə toxunan inqilab rəhbəri “İxtiyar və qərar qəbul etməni şəhərlərə həvalə etmək, bank işlərinin asanlaşdırılması, istehsal və ixracat üçün həvəsləndirici işlər, əkin məhsullarının dəyərinin zamanında ödənilməsi, kəndlərə ciddi və xüsusi diqqətin ayrıması bu layihənin içində yer almışdır.”, -deyə bildirib.
Ölkənin xarici siyasətinə də toxunan Ayətullah Xamenei deyib: “Mən diplomatik işlərin daima tərəfdarı olmuşam, lakin gərək öncədən dünyanın diplomatik qabiliyyəti ölçülsün. Asiya, Afrika və Latin Amerika ölkənin xarici siyasətində öz bəhrəsini görməlidirlər. Bölgədə baş verən hadisələr kimi qarışıq hadisələr zamanı diqqət və ayıqlıqla meydana daxil olmaq lazımdır. İqtisadi vəziyyətin inkişafı üçün də diplomatik əlaqələrdən istifadə edilməlidir. Amerikalıların nüvə müzakirələrində verdikləri sözə əməl etməmələri bizim üçün təcrübə oldu. Ölkəmizin müzakirə heyəti gecə-gündüz çalışsalar da, ABŞ tərəfi vədəsinə xilaf oldu.”
Ölkədə elm və texnalogiyanın inkişafı mövzusuna da toxunan Ayətullah Xamenei “Dünyanın elmi inkişafları son illər ərzində ciddi şəkildə inkişaf etmişdir. Biz geridə qalmağımızı bir yolla aradan apara bilərik o da sürətimizi artırmaqdır.”, -deyə qeyd edib.
Ayətullah Xameneinin toxunduğu növbəti mövzu isə ölkə təhlükəsizliyinin təminilə bağlı olub: “Bölgə ölkələrində sabitsizliyin hökm sürdüyü bir zamanda ölkəmizin təhlükəsizliyin qorunması Allah, daha sonra isə təhlükəsizlik sistemlərinin zəhmətləri sayəsində olmuşdur.”
Ölkədə olan mədəniyyət sahəsinə də toxunan Ayətullah uzma Xamenei deyib: “Mənim fikrimə görə mədəni sahədə azad düşüncə mövcud olmalıdır, lakin bu o demək deyil ki, laqeydlik baş verməli və düşmənə bu sahə ilə hücum etməyə şərait yaratmalıyıq. Niyə ölkədə cavanların imanını sarsıdacaq teatrlar təşkil olunmalıdır?”
Ayətullah Xamenei sonda ölkə gündəmini ələ keçirən yüksək maaş məsələsinə də münasibətini bildirib.
“Bu məsələdən asanlıqla ötmək lazım deyil. Bu məsələ xalqın güvənini olduqca sarsıdıb. Çünki onlar soruşurlar ki, bu hansı meyara görə olub? Lazımı yerlərdə Ədliyyə Qüvvəsi də bu işə müdaxilə etməlidir.”, -deyə Ayətullah Xamenei əlavə edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.