haberL haberR

Ayətullah Xamenei: İran xalqı iki seçim qarşısındadır...

Kateqoriya: Region Yayımlama tarixi: 21.03.2016 21:34:59

İran inqilabının rəhbəri Novruz bayramı münasibəti ilə müqəddəs Məşhəd şəhərində çox önəmli çıxış edərək hətta hökümətin xarici siyasətini də tənqid edib

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, Ayətullah uzma Seyid Əli Xamenei bayram münasibəti ilə imam Rzanın (ə) müqəddəs hərəmində çıxış edib.

Ayətullah Xamenei ilin “İqtisad müqaviməti –  “Müqavimət iqtisadiyyatı – fəaliyyət və əməl” adlandırılmasına toxunaraq deyib: “Bu məntiqli və eyni zamanda inqilabi yol əziz İranımızı düşmən təhdidləri və sanksiyaları müqabilində qoruyacaq və dövlətin iqtidarını daha da gücləndirəcəkdir. Xalqımız, xüsusən cavanlar bu barədə düşünüb, təfəkkür etsinlər. Mümkündür ki bəziləri bu ilin şüarının mədəni və ya əxlaqi olmasını gözləyirdi. Lakin ölkənin bütün ümumi halını nəzərə alaraq, bir neçə il əvvəlki kimi iqtisadla bağlı şüar seçilsin. Bu şüar ümumi baxış və təhlil əsasında seçilib".

Ayətullah Xamenei  sonra "Bu gün amerikalılar öz əqidələrini ölkəmizin düşünən beyinlərinə, daha sonra isə ümumi xalqımıza aşılamaq istəyirlər. Onların təqdim etdiyi, İran xalqının 2 yol arasında qalması düşüncəsidir. Ya onlara təslim olmalı ya da daimi olaraq sanksiya və problemlərlə üzləşməliyik. Onların sərvətini, təbliğat və hərbi qüvvələrini nəzərə alarsaq biz gərək birinci yolu seçək və bəzi qırmızı xətlərimizə göz yumaq. Son nüvə razılıqlarında da hörmətli xarici işlər nazirimiz mənə “Biz bütün qırmızı xətlərimizi qoruya bilmədik”-deyə bildirdi. Qarşı tərəf ABŞ kimi biridirsə, onunla razılaşmağın hansısa qırmızı xətlərimizdən keçmək olduğunu anlamalıyıq. Bəziləri də iqtisadi məsələlərimizin düzəlməsi üçün başqa mövzularda da ABŞ-la müzakirənin zəruriliyini qeyd edirlər. Bu şəxslərin sözlərinə görə, iqtisadi problemlər yalnız ABŞ-la müakirə yolu ilə həll ola bilər. Onlar bu razılıqlarla xalqın daha rahat yaşayacağını bildirirlər. Bu təfəkkürün həqiqi mənası təhlükəlidir. Çünki bu məsələ ölkəmizin qüdrətindən, təhlükəsizlik və müqavimətə, Fələstin, Yəmən və Bəhreyn xalqına dəstək vermək kimi islami dəyərlərimizin aradan getməsinə səbəb olacaqdır. Bu təfəkkürə əsasən, İran bəzi ərəb ölkələri kimi Sionistlərə dostluq əli uzatmalıdır. Bu təfəkkürə əsasən, günbəgün geriliyəcəyik", - deyə bildirib.

 İranın Ali Dini Rəhbəri daha sonra deyib: "ABŞ-ın istəkləri ilə hərəkət edərsək, islam respublikası öz müdafiə sistemlərindən belə əl çəkməlidir. Amerikalıların özləri, minlərlə km aralıqda olan Fars körfəzində müxtəlif hərbi sınaqlar keçirdikləri halda, bizim öz ölkəmizin daxilində keçirdiyimiz təcrübələrə etiraz edirlər. Onlar geri çəkilməyəcəklər və hər dəfəsində daha artıq üstünlüklər tələb edəcəklər. Bu məsələ davam edərsə İran İslam Respublikası təbii olaraq amerikalalara niyə SEPAH-ı və Qüds briqadasını təsis etdiyini, daxili siyasətin niyə islami qanunlarla uyğunlaşdırıldığını, dövlətin 3 əsas qurumunun niyə şəriətə uyğun addım addığını və nəzarət komitəsinin niyə şəriətdən kənar qanunları qəbul etmədiyini başa salsın. Düşmənin müqabilində azca geri çəkilsək, onlar addım-addım irəli gələcəklər. İş o yerə çatacaq ki, İslam Respublikası zahirdə qalsa da, daxilən puç vəziyyətə gətiriləcək. Bu düşüncəyə əsasən İran xalqı ABŞ-ın şərrindən rahat olmaq istəyirsə islam respublikasından, islami düşüncədən və təhlükəsizliyindən əl çəkməlidir."

Ayətullah Xamenei ABŞ-ın vədələrinə əməl etmədiyini bildirib.

"Bu  məsələdə diqqətə alınmayan nüans budur ki, ABŞ-la razılıq yalan əhdlər, fırıldaqçılıq deməkdir ki, biz bu günədək bunun şahidi olmuşuq. Bu yəni xüsran. Son nüvə müzakirələrində də amerikalılar söz verdiklərinə əməl etmədilər. Xarici işlər nazirimizin sözü ilə desək, kağız üzərində bəzi vədələr versələr də, əməldə icra etmədilər. Razılığın baş verməsinə baxmayaraq bizim hələ də bank müamilələrimiz problemli vəziyyətdədir, ölkəmizin pulları da geri qaytarılmayıb. Çünki Qərb dövlətləri Amerikadan təsirlənir və çəkinirlər. Amerikalılar “böyük Yaxın Şərq” siyasətinin süquta uğramasının, Sionist rejimini bölgədə qüdrət halına gətirə bilməməsinin, Yəmən, Suriya, İraq və Fələstində məğlub olma səbəbini İran İslam Respublikasında görür. Onların ölkəmizlə olan düşmənçilikləri əsaslı və dərindir. Onların düşmənçilikləri İrana tam şəkildə hakim olduqları zaman bitəcəkdir.", - deyə qeyd edib.

Ayətullah Xamenei sözlərini belə davam edib: "İngiltərə və Amerika uzun illər ölkəmizə hakim idilər və bunu qorumaq üçün səngərlər də hazırlamışdılar. Lakin islam inqilabı cavanlarımızın əli ilə bu səngərləri məhv etdi və İslam Respublikasını qorumaq üçün yeni səngərlər düzəltdi. Amerikalılar müxtəlif layihələrlə və diplomatik yollardan istifadə edərək qədimdə olan səngərlərini təmir etmək niyyətindədirlər. Pəhləvi xanədanı onların ən güclü səngəri idi. İnqilabımız bu səngərin kökünü qurudaraq, “xalq hakimiyyəti” səngərini yaratdı. O dövrlərdən fərqli olaraq bu gün, məlumatlı olan və dini dəyərlərə sadiq olan kimsə ABŞ-dan çəkinmir. Onların səngərlərindən biri də, milli güvəninin aradan getməsi və öz istedadlarımıza inamsızlıq yaratmaları idi. İslam inqilabı ilə bu səngər də “Biz bacararıq”-a çevrildi."

Dünyada dünyəvilik prinsiplərilə idarə olunanların "din siyəsətdən ayırıdır" şarına da toxunan Ayətullah Xamenei "Dinin siyasətdən ayrı olmasını göstərmək də, digər səngərlərindən biri idi. Amerikalılar bir tərəfdən ölkəmizə qarşı yeni sanksiyalar tətbiq etməkdən danışırlar, digər tərəfdən də Ağ Evdə Novruz süfrəsi sərərək cavanlarımızı təbrik edirlər. Onların bu cür addım atmasına səbəb, xalqımızı hələ də tanımamasıdır. Onlar bilmirlər ki, bu cür uşaq addımlarla xalqımızı aldada bilməzlər.Bizim Amerika xalqı ilə digər xalqlarla olduğu kimi heç bir problemimiz yoxdur. Biz sadəcə olaraq bu ölkənin siyasətləri ilə mübarizə aparırıq. Qəbul olunan razılığdan faydalanmağımıza mane olmaları, onların düşmənçiliklərinin hələ də davam etməsinin göstəricisidir.", - deyə danışıb.

ABŞ-dakı seçkilərdən də danışan İnqilan Lideri deyib: "ABŞ-da keçiriləcək olan prezident seçkilərinə az bir müddət qalıb. Hazirda namizədlər İranla düşmənçilik etmək üstündə mübarzə aparırlar. Yeni seçilən hakimiyyətin razılığın bu az hissəsini qəbul edəcəyi də məlum deyil. Buna baxmayaraq biz ABŞ düşmənçiliyindən söz açanda ölkə daxilində bəziləri narahat olurlar. Amerikalıları 3 əsas silahı var; təbliğat, nüfuz, sanksiya. Düşmən sanksiyalarla bizə zərbə endirdiyinə inanır. Onlarda bu inamın yaranmasında bizim də payımız var. Ölkə daxilində, sanksiylaarın bizə qoyduğu təsirləri və sanksiyların ləğv olunması ilə vəziyyətin düzəlməsini böyütdük. Bir halda ki, bu günədək bu barədə heç bir hadisə baş verməyib və bu cür davam edərsə heçnə də baş verməyəcək. Bəs bu problemlə mübarizənin ən doğru yolu nədir? Ya problemlərə səbr etməliyik ya da, iqtisad müqavimətinə söykənərək, müqavimət edib problemlərə qələbə çalmalıyıq. Bu yöndə əsaslı işlər görülməlidir. Bunun üçün daxili istehsalı dirildib, hərəkətə gətirmək lazımdır. Statistikaya əsasən, daxili istehsalın 60% ya tətildir ya da lazmı şəkildə işləmir. Dövlət iqtisadçılarla məsləhətləşərək bu problemi həll edə bilər. Xarici məhsullardan istifadəni minimuma endirmək bə xaricdən ölkəmizə daxil olan pulları düzgün şəkildə idarə etmək də bizim hədəfimizə müsbət təsir göstərəcəkdir. Düzdür ki, ölkəmizin xaricdə olan pulları ABŞ-ın şeytanlıqlarına görə hələ də bizə geri qaytarılmayıb, lakin hər halda bu pulların israf olunmaması və düzgün formada istifadə olunması üçün diqqətli olmaq lazımdır. Əgər bir iranlının 2 min kilometrlik məsafəni nişan alacaq bir raket düzəltmək istedadı varsa neft, qaz və digər sahələrdə də yenilik etmək bacarığı da vardır. Xarici müamilələrdə lazım olan texnalogiyanın ölkə daxilinə gətirilməsi də şərt olaraq qoyulması da hədəfimizə qulluq edəcəkdir. Məsələlərdən biri də fəsad və qaçaqçılıqla ciddi şəkildə mübarizə apraqmaqdır. İqtisad müqavimətinin reallaşması üçün digər işlər də görülə bilər. Lakin sayılan bu məsələlərə əməl olunması sanksiyaların mənfi təsirini minimuma endirəcəkdir. Bu addımlar gerçəkləşərsə artıq heç kim sanksiyalar önündə lərzəyə gəlməyəcəkdir və sanksiyaların təsirlərindən uzaq qalmaq üçün qırmızı xətlərimizi və dəyərlərimizi fəda etməyə ehtiyac olmayacaqdır.”

Ayətullah Xamenei cavanlara xitabən deyib: “Ölkənin bu günü və sabahı sizindir. İman və güvənlə meydanda qalıb hərəkət etsəniz Amerika və ondan böyüklər də heç bir qələt edə bilməyəcəkdir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.