haberL haberR

Ayətullah Xamenei: Qələbəyə yəqinim var

Kateqoriya: İslam Yayımlama tarixi: 04.07.2016 11:25:29

İran inqilabın rəhbəri, ölkədə təhsil alan universitet tələbələrini qəbul edib.

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə görə, universitet tələbələri ilə 5 saat səmimi söhbət edən Ayətullah Xamenei, söhbəti zamanı müxtəlif məsələlərə toxunub.

Tələbələrə əsas olaraq imanlı olmalarını tövsiyyə edən Ayətullah Xamenei bildirib: “Çünki, yalnız güclü imanla müxtəlif problem və təzyiqlərə dözmək mümkündür. Bu gün dünya zorbaları ölkəmizin qarşısında durublar. Bu şəraitdə, imanı zəyif olanlar və düşmənə daxili olaraq yönələnlər, özlərində ümüdsüzlük hiss edirlər. Lakin imanı möhkəm olanlar isə, güclü iradə və əzm ilə müqavimət göstərirlər. Namazı xarab etmək,  şəhvətə tabe olmaq, imanın zəifləməsinə səbəb olan əsas iki amildir.”

Düşmənlə mübarizənin müxtəlif aspektlərinə toxunan Ayətullah Xamenei bildirib: “Bu savaşın bitməsi üçün iki yol mövcuddur. Birinci budur ki, tam şəkildə iqtidara sahib olaq. Düzdür ki, ABŞ bu gün ölkə məmurlarını “yaxşı” və “pis” olaraq ikiyə bölür, lakin əllərinə fürsət düşərsə, onların nəzərində “yaxşı” olan məmurları da “pis” olaraq adlandıracaqlar. İkinci yol isə tam olaraq bunun əksidir. Bizim seçdiyimiz yol birinci yoldur. Bu yolun problemləri olsa da, tədbir və dözümlə asanlıqla həll etmək mümkündür.”

Tələbələrə müxtəlif tövsiyyələr edən inqilab rəhbəri bildirib: “Tələbə gözüaçıq və bəsirətli olmalıdır. Belə olmazsa o, dost və düşməni seçməkdə, beynəlxalq məsələləri təhlil etməkdə yalnışlığa yol verəcəkdir. Mən, şəri, dini və əxlaqi vəzifəmə əsasən bədənimdə can olanadək, dik duracaq və xalqıma güvənəcəyəm. Mənim qələbəyə yəqinim var. Tələbələr arasında da mömin, əqidəli və dözümlüləri var ki, hər bir insanın ürəyinin aram olmasına səbəb olur.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.