haberL haberR

Ayətullah Xamenei şaban ayı mövludları münasibətilə əfv imzaladı

Kateqoriya: Region Yayımlama tarixi: 24.05.2016 10:10:23

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei şaban ayının mövludları və Xürrəmşəhrin azad edilməsi münasibətilə 600-dan çox məhbusun işinə imza atıb

İslamazeri.az-ın "SəhərTV"yə istinadən verdiyi xəbərə görə, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani İslam İnqilabının Rəhbəri  Ayətullah Xameneiyə bir məktubda şaban bayramları, həmçinin Xürrəmşəhrin azad olunmasının ildönümünün gəlib çatması münasibəti ilə Məhkəmə Hakimiyyətinin əfv və bağışlanma mərkəzi komissiyasında lazımi şəraitə malik olduğu müəyyənləşən 669 məhbusun əfvi və ya cəzasının yüngülləşdirilməsini təklif edib.

Bu təklif İslam İnqilabının Böyük Rəhbəri tərəfindən qəbul olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.