haberL haberR

Ayətullah Xamenei sərt çıxış etdi: "Müzakirəni dəstəkləməməyimə səbəb var"

Kateqoriya: İslam Yayımlama tarixi: 07.10.2015 17:39:53 9990 dəfə oxunub.

İran inqilabının rəhbəri Dəniz Donanmasında çıxış edib

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Xamenei çıxışında ABŞ-la aparılan müzakirələri dəstəkləmədiyini bir daha bəyan edərək deyib: "ABŞ-la danışıqların aparılmasına müxalif olmağımın səbəbi var. ABŞ-ın İranla müzakirəsi yəni nüfuz qazanmaq. Onlar bu yolla nüfuz əldə etməyə çalışırlar. Son müzakirələr zamanı fürsət əldə edən kimi nüfuz etdilər. Həmd olsun ki, İran tərəfi diqqətli idi. Lakin bütün bunlara baxmayaraq onlar fürsət əldə etdilər və milli mənafelərimizə zidd olan addımlar atdılar. Amerika ilə müzakirə etmək qadağandır. Zərərinin həddindən artıq olması, xeyrinin isə olmamasına görə. Bəziləri deyir ki, niyə müzakirə ilə müxalifsiniz bir halda ki, Həzrəti Əli (ə) Zübeyrlə, İmam Hüseyn Ömər Sədlə müzakirə edib. Bu gün müzakirə alış veriş deməkdir. Əlinin (ə) Zübeyrlə, Hüseynin (ə) Ömərlə etdiyi alış veriş idimi? Tarixi bu cür təhlil edir və imamların həyatını bu cür anlayırsız? Şükürlər olsun ki, İslam respublikası yalnız ölkə daxilində deyil, bölgədə də düşmənin planlarına mane ola bilir. Elə bu səbəbdən onların düşmənçiliyi yalnız İranladır. Ölkəmizdə bu gün əsas problem bəzən diqqətsiz, bəzən isə düşüncəsiz insanların olmasıdır. Əlbəttə ki, bu şəxslər xalqımızın bəsirətli və agah vətəndaşları müqabilində azlıq təşkil edirlər. Lakin fəaldılar. Yazırlar, deyirlər, təkrar edirlər və düşmən də bunlara yardım edir. Cavanlar çox ayıq olmalırdılar, şükürlər olsun ki, elə belədirlər. Həm universitetlər, həm də hərbi qüvvələrimiz oyaq və hazırdırlar. Mənim bu barədə nigarançılığım yoxdur.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.