haberL haberR

Ayətullah Xamenei Şeyx Baqir Nimrin edam olunmasını kəskin pisləyib

Kateqoriya: İslam Yayımlama tarixi: 03.01.2016 12:48:01

"Onun yeganə işi açıq tənqid və dini qeyrətindən doğan "yaxşılığa dəvət və pislikdən cəkindirmə" əməli idi"

İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei Səudiyyə Ərəbistanında nüfuzlu islam alimi, Ayətullah Şeyx Baqir Nimrin edam olunmasını kəskin şəkildə pisləyib.

Seyid Əli Xamenei bu gün səhər saatlarında tələbələri qarşısında mühazirə oxuyarkən məsələyə münasibət bildirib:

"Heç şübhəsiz, bu məzlum şəhidin qanı öz təsirini göstərəcək və Allahın intiqam əli Səudiyyə hakimlərinin boğazını tutacaq. Bu məzlum alim nə insanları silahlı qiyama çağırırdı, nə də gizli bir çevriliş planı var idi. Onun yeganə işi açıq tənqid və dini qeyrətindən doğan "yaxşılığa dəvət və pislikdən cəkindirmə" əməli idi."

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi islam dünyasının tanınmış simalarından olan Əhli-beyt alimi Ayətullah Şeyx Baqir Nimrin edam olunduğunu açıqlayıb. Xəbər yayıldıqdan sonra dünyanın müxtəlif ölkələrində insanlar aksiya keçirərərək Səudiyyə Ərəbistanı hökumətinə etiraz edirlər. (SalamNews)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.